Aşıq Qəhrəman

Aşıq Qəhrəman Hacallı (Qəhrəman Ələsgər oğlu İbrahimov) — Azərbaycan aşığı, şair, mahir söz ustadı

Aşıq Qəhrəman
Ümumi məlumatlar
Doğum adı Qəhrəman Əsgər oğlu İbrahimov
Ləqəbi Aşıq
Doğum tarixi
Doğum yeri Tovuz, Hacallı
Vəfat tarixi
Vəfat yeri Tovuz, Hacallı
Musiqiçi məlumatları
Fəaliyyəti Aşıqlıq,
Musiqi aləti Saz

Həyatı

Aşıq Qəhrəman Ələsgər oğlu İbrahimov 1884-cü ildə Gəncə quberniyasının, Qazax qəzası, Yuxarı Hacallı (İndiki Tovuz rayonu Yuxarı Hacallı kəndi) kəndində dünyaya göz açıb. Uşaqlığı və gəncliyi Hacallı kəndində keçmişdir.

Gənc yaşlarından aşıq-ozan sənətinə maraq göstərməsi, sazda gözəl havalar ifa etməsi ustad aşıqların diqqətini çəkib. Aşıq Qəhrəman Hacallının sazda hələ yeniyetmə yaşlarından “Ruhani”, “Ovşarı” və “Cəngi” havalarını nəfəs dərmədən səsləndirməsi indi də aşıqlar tərəfindən yada salınır. Aşıq Qəhrəman Aşıq Aslan(Köhnə Qışlaq kəndi), oğulları Aşıq Əlixan və Ziyadxan, Köçəsgərli Aşıq Avıl, Mülkülü Aşıq Musa kimi tanınmış yetirmələri var. O, sinədəftər və hazır cavablığı ilə xalq arasında şöhrət qazanmışdır.

Aşıq Qəhrəman Hacallı Aşıq Səməd Öysüzlü və Aşıq Ələsgərdən dərs almışdır. Ustad Aşıq Ələsgərin sevimli şagirdlərindən biri olan Aşıq Qəhrəman “Koroğlu”, “Tufarqanlı Abbas, “Qurbani”, “Xəstə Qasım” və digər Azərbaycan Xalq dastanlarının mahir bilicisi olmuşdur. O saatlarla saz havalarnın müşaiyəti ilə dastan söyləmək qabiliyyətinə malik idi. Aşıq Qəhrəman 1936-cı ildə Azərbaycan SSR Aşıqlar Qurultayının nümayəndəsi olmuşdur. Azərbaycan SSR-in müxtəlif dövlət mükafatları və fəxri fərmanları ilə təltif edilmişdir. Aşıq Qəhrəman Hacallı 1966-cı ildə dünyasını dəyişmiş və Tovuz rayonu Yuxarı Hacallı kəndi məzarlığında dəfn edilmişdir.

Yaradıcılığı

Aşıq Qəhrəman çoxlu sayda şer,bayatı,müxəmməs,ustadnamə,gəraylı,qoşmaların müəllifi olmuşdur. Aşıq Qəhrəman Hacallının yaradıcılığında məhəbbətə, sevgiyə, vətənpərvərliyə, yurd və dünyəviliyə həsr olunmuş qoşma və gəraylılar əsas yer tutur. Həmcinin Azərbaycan türkcəsində qoşduğu müxəmməs və ustadnamələri məşhurdur Heca vəznində bədhatən şeir deyən Aşıq Qəhrəman misralarında hansısa bir sehr duyulur. Aşıq Qəhrəmanın”Ayağa gəli” təcnisi, “Üzündədir”, “Səni”, “Gözəlsən”, “Gözəl”, “Sorağındayam”, “ Qız” qoşmaları, “Bayramın”, “yaranıb” müxəmməsləri və coxsaylı gəraylıları var. Əsərləri Azərbaycan dövri mətbuatında 30-cu illərdən dərc edilir. mÜxtəlif zamanlarda heca vəznində varsağı, dodaqdəyməz və bayatı janrlarında da şeirlər qoşub.

Aşıq Qəhrəmanın haqınnda el aşıqları “Aşıq Qəhrəmanın sevigisi” adlı kiçikhəcmli dastan qoşublar.

Mənbə

  • Aşıq Qəhrəman Hacallı “Sorağındayam” Bakı, Araz nəşriyyatı 2002
  • Ramiz Məsimoğlu, Rüfət Hüseynli “Yaşayıram izim qalsın”, Bakı 2009
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.