Aşıq Pəri
Aşıq Pəri (1811[1], Aşağı Maralyan, Qarabağ xanlığı – 1847[1], Şuşa) — Azərbaycan aşıq-şairi.
Aşıq Pəri | |
---|---|
| |
Doğum tarixi | 1811[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1847[1] |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | şairə, yazıçı |
Aşıq Pəri Vikimənbədə |
Həyatı
Aşıq Pəri 1811-ci ildə indiki Cəbrayıl rayonunun Maralyan kəndində anadan olub. Uşaq yaşlarından aşıq şeiri ilə maraqlanmağa başlayıb. Qısa zaman içində şan-şöhrəti geniş yayılıb və öz dövrünün aşıqlarının diqqətini cəlb edib. Təxminən 1830-cu ildə Şuşaya köçüb və ömrünün sonuna qədər burada yaşayıb.
Firidun bəy Köçərli onun bilikli, gözəl bir xanım olduğunu yazır. Aşıq məclislərində böyük hörmətə sahib olub. Şairlər onun gözəlliyini öz şeirlərində vəsf etmişlər.
Aşıq Pəri Mirzə Həsən bəy Mirzə, Kərbəlayı Abdulla Canızadə, Cəfərqulu xan Nəva, Məhəmməd bəy Aşiq, Mirzəcan Mədətov və s. aşıqlarla və şairlərlə deyişmişdir. Bu deyişmələrin hamısında uğur qazanmışdır[2].
Gözəl şeirləri və hazırcavablığı ilə az bir zamanda Qarabağ şairlərinin diqqətini cəlb etmiş, tez-tez Şuşada keçirilən şeir məclislərinin iştirakçısı olmuşdur. Ədəbi irsi tam şəkildə dövrümüzədək gəlib çatmamışdır və yalnız 50-dək şeiri məlumdur. Şeirləri ilk dəfə Mirzə Yusif Qarabağinin "Məcmueyi-divani-Vaqif və müasirini-digər" (1856) məcmuəsində, sonralar isə A.Berjenin tərtib etdiyi "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" (Leypsiq, 1867) kitabında dərc olunmuşdur.
Hazırda əsasən qoşmaları məlumdur. Bu qoşmalar sadə və anlaşıqlı bir dillə söylənilmişdir. Aşıq Pəri təxminən 1847-ci ildə Şuşa şəhərində vəfat etmişdir.
Mənbə
- Aşıq Pəri və Müasirləri, Bakı, 1928.
- Azərbaycan Aşıqları və El Şairləri I, Bakı, 1983, s. 220-228.
- Azərbaycanın Aşıq və Şair Qadınları, Bakı, 1978.
- Firidun bəy Köçərli, Azərbaycan Ədəbiyyatı, Bakı, 1981, s. 340-342.
- Əzizə Cəfərzadə. "Azərbaycanın aşıq və şair qadınları", Bakı, "Gənclik", 1991. (səh.50).
- "Aşıq qadınların antologiyası" 2010-cu il, "MBM" mətbəəsi,(səh 4-8).
Həmçinin bax
İstinadlar
- Aşıq Päri // CERL Thesaurus (ing.). Consortium of European Research Libraries.
- "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.48.