Aşıq Pənah
Pənahov Əlipənah Ələsgər oğlu (12 dekabr 1926 – 26 avqust 1978) — aşıq-şair, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Azərbaycan Yazıçılar İttifaqının üzvü (1974).
Aşıq Pənah | |
---|---|
Əlipənah Ələsgər oğlu Pənahov | |
![]() | |
Doğum adı | Əlipənah |
Doğum tarixi | |
Doğum yeri | Salyan |
Vəfat tarixi | (51 yaşında) |
Vətəndaşlığı | |
Fəaliyyəti | şair |
Tarixi
Həyatı
Aşıq Pənah 12 dekabr 1926-cı ildə Salyanda doğulmuşdur.[1]
26 avqust 1978-ci ildə vəfat etmişdir.
Xatirəsi
Salyanda adına bir küçə və bir məktəb var. Ev muzeyi fəaliyyət göstərir.
2007-ci ildə Eldar İsgəndərzadənin ssenarisi əsasında haqqında film çəkilmişdir.[2]
Yaradıcılığı
1948-ci ildən aşıqlıq edib. Aşıq sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi. Aşıq Pənah 18 aşıq havası ("Dilbər", "Yeddi qardaş", "Azərbaycan" və s.) bəstələmişdir. Eyni zamanda mahnılar da bəstələmişdir, "Nə qəşəng bəzənmisən!" bu sırada xüsusi qeyd edilməlidir. "Qəhrəman şah Nəcəf", "Əsli və Kərəm", "Aşıq Qərib" və s. dastanları məclislərdə məharətlə ifa edirdi. Aşıq Pənah 2 dastanının ("Sülh", "Pambıqçılar") və 128-ə qədər qoşmanın müəllifidir.
Əsərləri
- Saz və söz. Bakı,1963.
- Məhəbbətdən danışaq. Bakı,1966.
- Təzə söz, təzə mahnı. Bakı,1971.
- Mənim sazım (şeirlər). Bakı,1978
Filmoqrafiya
İstinadlar
- Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
- Ayxan. “Saz harayı”: Aşıq Pənah haqda film çəkilib //Ekspress.- 2008. - 26 avqust.- S. 10.
Mənbə
- Azərbaycan sovet yazıçıları. Bakı,1987. səh.65-66.
- Görkəmli musiqi xadimləri - Aşıq Pənah
Xarici keçidlər
- "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(7)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2011. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18.