Aşıq Nuriddin
Aşıq Nuriddin (azərb. İsgəndərov Nuriddin Abid oğlu; 20 noyabr 1956, Daşkənd, Basarkeçər rayonu – 22 dekabr 2017, Şəmkir) — Azərbaycan aşığı, Aşıq Hacı Göyçəlinin şəyirdi.[1]
Aşıq Nuriddin | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | İsgəndərov Nuriddin Abid oğlu |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd, Göyçə mahalı, Ermənistan SSR |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Aşıq |
Fəaliyyət illəri | 1978–2017 |
Musiqi aləti | Saz |
Səs tembri | zil |
Təhsili |
|
Həyatı
Aşıq Nuriddin 20 noyabr 1956-cı ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. İlk təhsilini Daşkənd kənd orta məktəbində almış, hərbi xidməti başa vurduqdan sonra təhsilini Moskva Kooperasiya İnstitutunda davam etdirmişdir.[2]
Hələ erkən yaşlarından aşıqlıq sənətinə meyl göstərmiş, ustad aşıqların məclislərində olmuş və bu sənətin sirlərinə dərindən yiyələnməyə çalışmışdır. Artıq gənc yaşlarından Aşıq Hacı Bayramovla həm Göyçə mahalının, həm də Azərbaycanın digər bölgələrinin el məclislərində iştirak etməyə başlamış, tez bir zamanda elin-obanın rəğbətini qazanmışdır.
Aşıq Hacı ilə birlikdə ifa etdikləri "Aşıq Alı" dastanı hələ 1980-cı illərdən bu yana saz-söz sevənlərin yaddaşlarından silinməyib və bu günə kimi Dövlət Televiziyasının "Qızıl fond"unda ölməz sənət əsəri kimi qorunub saxlanır.[2]
Aşıq Nuriddin bu günə qədər də saz-söz sənətinin, soy kökümüzə söykənən milli dəyərlərin qorunub yaranmasında danılmaz rola malikdir. Onun cavanlar arasında apardığı maarifçi təbliğatı gənclərin bu sənətə olar marağını daha da artırmış, bu sənəti ucuzlaşdıranlara qarşı mübarizədə öz misilsiz töhfələrini vermişdir.[2]
Aşıq Nuriddin uzun müddət Şəmkir rayonunda yaşamışdır. 22 dekabr 2017-ci ildə 61 yaşında Şəmkir şəhərində vəfat etmiş, şəhər qəbiristanlığında dəfn olunmuşdur.[3]
Ailəsi
Evli idi, iki övladı var. Aşıq Nuriddin həm də Aşıq Firudinin qardaşıdır.[2]
İstinadlar
- "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.
- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008.
- ""Özü ölsə, sözü ölməz ustadin", Palitra. - 2018. - 14 dekabr. - Səh.15". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-05.