Aşıq Nabat
Aşıq Nabat (Nabat Paşa qızı Cavadova; 1914, Xanlıqlar, Şərur-Dərələyəz qəzası – 3 oktyabr 1973, Siyaqut, İliç rayonu) — Azərbaycan aşığı[1].
Aşıq Nabat | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Nabat Paşa qızı Cavadova |
Doğum tarixi | 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 1973 |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | şair, aşıq |
Həyatı
Aşıq Nabat 1914-cü ildə Naxçıvanın Şərur rayonunun Parçı kəndində anadan olub.
1934-cü ildə ailəsi ilə Bərdə rayonuna köçmüş, burada Göyçəli aşıq Musanın şagirdi olmuş, aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir. Məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanmışdı.
Bakıda və 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının iştirakçısı olmuş, diplomlarla mükafatlandırılmışdır[2].
Aşıq Nabat Azərbaycan aşıqlarının ikinci (1938) və üçüncü (1962) qurultaylarımn nümayəndəsi olmuş, Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940) iştirak etmişdir.[3]
3 oktyabr 1973-cü ildə Naxçıvanın Şərur rayonunun Siyaqut kəndində vəfat etmişdir.
İstinadlar
- "AŞIQ NABAT". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-02.
- "Azərbaycan qadın şairləri antologiyası", Bakı: "Avrasiya press", 2005. səh.177
- Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.
Mənbə
- Əzizə Cəfərzadə. Azərbaycanın aşıq və şair qadınları, Bakı, Gənclik, 1991. (səh. 192).
- Albalıyev, Ş. Aşıq Nabatın sorağında: [folklorşünas Sədnik Paşa Pirsultanlının Aşıq Nabat "Əldə xına, gözdə yaş" adlı kitabı haqqında] //Kredo.- 2012.- 4 avqust — S.14.
- Uğur. Aşıq Nabat //Xalq cəbhəsi.- 2012.- 2 oktyabr — S. 14.