Aşıq Heydər

Aşıq Heydər (tam adı:Məmmədov Heydər Kərim oğlu; d. 1867 – ö. 1949) — XIX əsrin sonu XX əsrin birinci yarısında yaşamış Ağbaba mahalının ustad aşığı, Ağbaba Süvarı Alayının Baş Ozanı[1]

Aşıq Heydər
Məmmədov Heydər Kərim oğlu
Doğum tarixi
Doğum yeri Düzkənd, Amasiya, Ağbaba mahalı
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Düzkənd, Amasiya, Ağbaba mahalı
Uşaqları Kərim
Rəhim
Həcər
Sefiyyə
Atası Kərim Məmməd oğlu
Anası Zeynəb Molla Əhməd qızı
Milliyyəti azərbaycanlı

Həyatı

Məmmədov Heydər Kərim oğlu 1867-ci ildə Ağbaba mahalının Düzkənd kəndində anadan olmuşdur[2]. Heydər üç yaşında olanda atası vəfat etmiş, anası isə öz dayısı molla Əhmədin təkidi ilə başqasına ərə verilmişdir. Heydər əmisi Məşədi Rəcəbin himayəsində yaşamışdır. 25 yaşında ona yatdığı yerdə İstanbulun yaxınlığında yerləşən Dəyirman kəndində Süleyman bəyin qızı Bəyaz xanıma buta verilməsi məlum olmuşdur. Aşıq Heydər Bəyaz xanıma qovuşa bilməmişdir. Ancaq onun sözləri dillərdə dastan olmuş və bu günümüzə kimi gəlib çatmışdır.

Aşıq Heydər Aşıq Şenlik, Aşıq NəsibÇorlu Məhəmmədlə yaxın dost olmuşdur[3].

Aşıq Heydər el şairi olmaqla bərabər kirkirə, dibək-salğar, cəhrə, yun darağı düzəldər, ağacdan qaşıq, qəlyan, müştük yonub hazırlamaqda da mahir sənətkar olmuşdur[4].

Aşıq Heydər 1949-cu ilin mart ayının 19–u nəvəsi Yusif Rəhim oğlu Heydərova "Axtarın məni" qoşmasını deyərək, Düzkənd kəndində vəfat etmişdir[2].

Kitabları

  1. "Bu yan Ağbabadı, o yan Çıldır, Qars", Bakı: "Nurlan", 2007. 161 səh.
  2. "Aşıq Hedər-140".Bakı: 2007, 381 səh.
  3. "Gümrü Qızı" dastanı. Bakı: 2010, 285 səh.
  4. "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli və Əbülfət Heydər)

İstinadlar

  1. "Aşıq Heydər, (müəlliflər: T.Səmimi. X.Məmmədli. Ə.Heydər) — e-book.az saytı". 2014-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27.
  2. AMEA "Elmi axtarışlar" – XXXI cild, Bakı: 2007. səh.139-142
  3. Tacir Səmimi, Əbülfət Yusifoğlu, "Unutsaq unudularıq", Bakı: 2009.
  4. "AĞBABA FOLKLORU; Oğuz yurdunun mənəvi sərvətindən bir örnək — cetinkosucu1963.blogcu.com saytı". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-01.

Ədəbiyyat

  • Tacir Səmimi, "Tükənməz sözüm, Ağbaba", Bakı: "Ozan", 1999.
  • Xurşud Məmmədli, "Ağbabalı ustad Aşıq Heydər fenomeni".

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.