Aşıq Hacalı Hacıyev

Aşıq Hacalı Hacıyev (1 yanvar 1935, Quşçu, Şamaxı rayonu10 mart 1983, Quşçu, Şamaxı rayonu) - görkəmli Azərbaycanlı ustad aşıq.[1][2][3][4]

Aşıq Hacalı Hacıyev
Ümumi məlumatlar
Doğum tarixi 1 yanvar 1935(1935-01-01)
Doğum yeri
Vəfat tarixi 10 mart 1983(1983-03-10) (48 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti şair

Həyat və fəaliyyəti

Hacalı Hacıyev 1935-ci ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olub.[1] Aşıqlıq sənətinin sirlərini Aşıq Söhbətdən öyrənmişdir.[1][2] Şaqraq və məlahətli səsi, xoş avazı ilə diqqəti cəlb etmişdir. Şeirlər yazmış, nəğmələr bəstələmişdir.[5][3]

Azərbaycan aşıqlarının 1961-ci ildə keçirilən III qurultayının iştirakçısı olmuşdur.[1] Ümumittifaq müsabiqələrinin laureatı adına layiq görülmüşdür.[1][2]

Hacalı Hacıyev 10 mart 1983-cü ildə Şamaxı rayonunun Quşçu kəndində vəfat edib.[6]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.