Aşıq Dərya Məhəmməd

Aşıq Dərya Məhəmməd (1905, Qazax15 iyun 1984) — Azərbaycan aşıqı.[1]

Aşıq Dərya Məhəmməd
Məhəmməd Rəhim oğlu Qocayev
Doğum tarixi
Doğum yeri İkinci Şıxlı, Qazax rayonu
Vəfat tarixi

Həyatı

Məhəmməd Rəhim oğlu Qocayev 1905-ci ildə Qazax mahalının İkinci Şıxlı kəndində anadan olmuşdur. Ustadları Aşıq Canallı Məmmədin şəyirdi Aşıq Səməd (1928) və Sadıq Sultanov (1929-cu ildən) olmuşdur.

On üç yaşı olarkən atası erməni quldurları tərəfindən qətlə yetirilmişdir. Kənddəki molla məktəbində ibtidai təhsil aldıqdan sonra Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir. 1928-ci ildən aşıqlıq sənətinə başlamışdır. İstedadına, coşğulu ifasına görə ustadı ona "Dərya" təxəllüsü vermişdir.[2]

Aşıq Səməd 1928-ci ildə İkinci Şıxlıdan köçdüyündən Aşıq Məhəmməd sənətini yarımçıq qoyub. 1929-cu ildən Aşıq Məhəmməd Tiflisdə məşhur aşıq Sadıq Sultanova şəyirdlik edib. 1930-cu illərin əvvəllərindən müstəqil aşıqlığa başlayıb.[3]

Aşıq Əmrah və Hüseyn Saraclı ən yaxın dostları olmuşdur.[4]

Aşıq Məhəmməd 1984-cü il iyunun 15-də vəfat etmişdir.

İstinadlar

  1. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  2. . Arxivləşdirilib 2017-06-12 at the Wayback Machine Səbinə Yusif/Analoq.az/Dərya Məhəmmədin dəyərli şəyirdi
  3. . Musiqi Dünyası, 2015" Arxivləşdirilib 2020-07-03 at the Wayback Machine enene.musigi-dunya.az/Aşıq sənəti simalarda  (az.)
  4. . Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine Savalan Fərəcov/medeniyyet.az/Yaxşılara var sözüm  (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.