Aşıq Arzuman
Aşıq Arzuman (Arzuman Xıdır oğlu Əliyev; 23 iyul 1966, Daşkənd, Basarkeçər rayonu – 5 iyun 2010, Bakı) — azərbaycanlı aşıq.
Aşıq Arzuman | |
---|---|
Arzuman Xıdır oğlu Əliyev | |
Ümumi məlumatlar | |
Doğum adı | Arzuman Xıdır oğlu Əliyev |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (43 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Aşıq |
Musiqi aləti | Saz |
Səs tembri | zil |
Təhsili |
|
Həyatı
Aşıq Arzuman 23 iyul 1966-cı ildə Göyçə mahalının Daşkənd kəndində dünyaya gəlmişdir. 1983-cü ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunmuşdur. 1986-cı ildən 1988-ci ilə qədər hərbi xidmətdə olmuş və 1991-ci ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir. 1993–1994-cü illərdə Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur.
Arzumanın aşıq sənətinə böyük həvəsi olduğundan özü bu sənəti öyrənmişdir. Ustad dərsi almasa da, o, saz çalmağı və ifa etməyi məharətlə bacarmışdır. Məlahətli səsə malik Aşıq Arzuman xeyli saz havalarını bilməklə yanaşı bir neçə dastan da bilirdi.
Aşıq Arzuman 5 iyun 2010-cu ildə 44 yaşında Bakı şəhərində ürək dayanmasından vəfat etmiş və Bakıxanov qəsəbəsində dəfn olunmuşdur.
Mənbə
- Araz Yaquboğlu. "Daşkənd aşıqları və şairləri", Göyçə məşəli qəzeti. № 07(07). 24 aprel 2009-cu il.