Aşıq Abbas Piçənisli
Aşıq Abbas Piçənisli (XIX əsrin son rübü—XX əsrin birinci rübü) ( - aşıq, XX əsrin əvvəllərində Zəngəzur mahalında daşnaksütyun və erməni terrorizmi hərəkatına qarşı mübarizənin fəal iştirakçısı.
Aşıq Abbas Piçənisli | |
---|---|
Abbas | |
Doğum yeri | Zəngəzur, Hacısamlı nahiyəsi, Laçın, Piçənis |
Fəaliyyəti | şair |
Həyat və yaradıcılığı
Aşıq Abbas Piçənislinin ata babası, XVII-XVII əsrlərdə Diyərbəkir vilayətindən köçüb gəlmiş tayfalar olmuşdur. Əsas məşğuliyyətlərindən biri misgərlik olduğuna görə onlara "misçilər" də deyiblər.
Aşıq Abbas Zəngəzur mahalının Hacısamlı nahiyəsinin, indiki Laçın rayonunun Piçənis kəndində anadan olmuşdur. Aşıq Abbas Piçənisli həm də Əlipaşa bəy Sultanov və Sultan bəy Sultanovun yaxın məsləhətçisi olmuş, məclislərinin başında əyləşmişdir.
Mənbə
- QARA NAMAZOV, "Aşıqlar (Bioqrafik məlumat kitabı)". AMEA Folklor İnstitutu, 1-ci kitab, Bakı-2004, səh. 20;
- Eloğlu Səlahəddin, "Zəngəzur hadisələri", Bakı-1992.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.