Aşıq Abbasəli
Aşıq Abbasəli (tam adı:Xəlilov Abbasəli Süleyman oğlu) — aşıq, şair.
Aşıq Abbasəli | |
---|---|
Abbasəli Süleyman oğlu Xəlilov | |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd, Basarkeçər, Göyçə |
Vəfat tarixi | (93 yaşında) |
Vəfat yeri | Yeni Daşkənd, Bərdə rayonu |
Dəfn yeri | Yeni Daşkənd, Bərdə rayonu |
Fəaliyyəti | şair |
Mükafatları |
Həyatı
Aşıq Abbasəli 31 dekabr 1913-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Şair Məmmədhüseynin nəticəsidir. 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmiş, orden və medallarla təltif olunmuşdur.
Aşıq Abbasəli müharibədən qayıtdıqdan sonra uzun müddət Gədəbəy rayonunda yaşamışdır. 1953-cü ildə ata-baba yurdu olan Göyçə mahalından həmkəndliləri və qohumları deportasiya olunduqdan sonra 1965-ci ildə Aşıq Abbasəli də Bərdə rayonunun Yeni Daşkənd kəndinə köçmüşdür.
Aşıq Abbasəli 93 il yaşamış və 30 sentyabr 2007-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat etmişdir. Yeni Daşkənd kənd qəbiristanlığında dəfn edilmişdir.
Yaradıcılığı
Aşıq Abbasəlinin ustadı Göyçə mahalının Yarpızlı kəndindən olan Aşıq İslam olmuşdur. Aşıq Abbasəli qardaşı Aşıq Novruzun ustadı idi. Aşıq Abbasəli uzun müddət saz çalıb oxumuş həm ifaçı aşıq kimi, həm də yaradıcı aşıq kimi tanınmışdır. Xasay Zeynalovun 2001-ci ildə yazdığı "Göyçə mahalının tarixindən yarpaqlar" adlı əlyazmasında Aşıq Abbasəli ilə Aşıq Əli Şairovun bir deyişməsi verilmişdir (səh.107–108).
Həmçinin bax
Mənbə
- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, Nurlan-2008
- Musa Nəbioğlu. "Ozan-aşıq dünyası". Bakı: Nurlan, 2010, (şəkilli), səh.68.