Aşıq Əvəz Fərmanoğlu

Aşıq Əvəz Fərmanoğlu (11 sentyabr 1938, Mərəzə rayonu5 sentyabr 2014, Qobustan rayonu) — Azərbaycanlı aşıq.

Aşıq Əvəz Fərmanoğlu
Doğum tarixi
Doğum yeri Şıxzahırlı, Qobustan rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Şıxzahırlı, Qobustan rayonu, Azərbaycan
Vəfat səbəbi prostat xərçəngi
Dəfn yeri Şıxzahırlı kənd qəbiristanlığı
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Tərgül Hacıyeva
Uşaqları Ramiz Hacıyev, Razim Hacıyev, Kazim Hacıyev, Həmzə Hacıyev, Hidayət Hacıyev, Tünzalə Hacıyeva, Dilarə Hacıyeva, Qalib Hacıyev
Atası Fərman Hacıyev
Anası Yüzlük Hacıyeva
Fəaliyyəti Aşıq

Həyatı

Aşıq Əvəz Fərmanoğlu 1938-ci il 11 sentyabrda Qobustan rayonununda anadan olmuşdur. Ailədə yetim böyüyən Əvəzin aşıq sənətinə çox böyük meyli olmuşdur. 16 yaşında Şamaxı şəhərində yaşayan Aşıq Hacalı Hacıyevin yanına aşıq təhsilini almağa yola düşmüş, 5 il H.Hacıyevin yanında aşıqlıq sənətinin incəliklərini öyrənmişdir. Təhsilini bitirdikdən sonra öz evinə qayıtmış və aşıqlığa başlamışdır. Aşıq Əvəzin bir çox tələbəsi olmuşdur. Bunlardan Aşıq Mahmud Ələsgər oğlu, Əvəzxan Xankişiyev, Balayar Qaçayev və s.

Aşıq Əvəzin hələ də dillərdə əzbər olan bir çox ustadnamələri və tərifnamələri vardır. Övladları — Aşıq Hidayət Əvəzoglu, Aşıq Həmzə Əvəzoğlu və Tünzalə Əvəzqızı da hazırda atalarının sənət yolunu davam etdirirlər.

Mahnıları

  • Dağlar qoynunda (Söz-Koroğlu dastanı Musiqi:Əvəz Hacıyev)
  • Tələbəlik illəri (Söz:Kərim Ordubadlı Musiqi:Əvəz Hacıyev)

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.