Aşıq Əhməd

Aşıq Əhməd (XIX əsr, Güvəndik) — XIX əsr Azərbaycan aşığı.[1]

Aşıq Əhməd
Doğum tarixi XIX əsr
Doğum yeri
Vikimənbənin loqosu Aşıq Əhməd Vikimənbədə

Həyatı

Aşıq Əhməd Tovuz rayonunun Güvəndik kəndində anadan olan aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Şeirlərində çar rejimini tənqid etdiyi üçün ömrü boyu təqiblərə məruz qalmış, bu səbəbdən dövrün digər qaçaqları kimi ömrünün çoxunu dağlarda keçirmiş və şeirlərinin çoxu günümüzə gəlib çatmamışdır. Əlimizdə olan şeirləri o dövrün aşıqlarının yaddaşlarında qorunub saxlanılanlardır. Şeirlərində əsasən bəxtindən, sevdasından, istəklərinə, arzularına qovuşa bilmədiyindən şikayət edir.

İstinadlar

  1. "Telli Saz Ustadları", Bakı, 1964, səh.87-89.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.