Aşıq Şivğa

Aşıq Şivğa (əsl adı: gürc. ლუკა ბერიძეLuka Beridze; 1838 və ya 1860, Gürcüstan1906 və ya 1907, Gürcüstan) — XIX əsr Gürcüstan aşıqşairi.

Aşıq Şivğa
gürc. ლუკა ბერიძე (Luka Beridze)
Doğum adı Luka
Təxəllüsü Şivğa
Doğum tarixi 1838 və ya 1860
Doğum yeri Prtena
Vəfat tarixi 1906 və ya 1907
Vəfat yeri Prtena
Dəfn yeri Prtena
Atası İoseb (Mose) Beridze (Aşıq Ruhani)

Həyatı

Aşıq Şivğa 1838-ci ildə Prtena kəndində anadan olmuşdur. 1906-cı ildə (və ya 1907) vəfat etmişdir.[1] Bəzi mənbələrdə isə 1860-cı ildə anadan olduğu bildirilir.[2] Məzarı Prtena kənd qəbristanlığında, qədim kilsənin qənşərindədir.[3]

Ailəsinə kömək məqsədiylə səkkiz yaşından naxırçılıq etmişdir.[3]

Aşıq Şivğa on bir aşıq üzərində qələbə çalmış, sazını almışdır.[4]

Əsl adı Luka Beridze olan Prtenalı Aşıq Şivğa bu mahalın gürcü aşıq-şairlərindən ən qüdrətlisi olmuşdur. Şivğa qohumu Zaxariya Qvaramadzedən (Aşıq Müşgüldən) saz çalmağı öyrənmiş və get-gedə bölgədə kamil bir aşıq səviyyəsinə yüksəlmişdir.[3]

Aşıq Şivğa erməni aşığı Civaniylə (1848-1909) və 19-cu yüzilin sonlarında Mesxet-Cavaxetdə «baş aşıq» şöhrəti qazanmış Şenlik Çıldırlı ilə dost olmuşdur.[3]

Təxəllüsü

"Şivğa" onun təxəllüsü olub. Aşığın bir zamanlar izah etdiyinə görə üzüm tənəyində təzəcə cücərib boy atan zoğ, şöv mənasını daşıyırdı.[3]

Yaradıcılığı

Mesxetdə Aşıq Şivğa böyük şöhrət qazanmışdı. O, türk havalarından istifadə edərək gürcü kəndlisinin ağır həyatından oxuyurdu.[5]

O, şeirlərinin əksəriyyətini bədahətən deyərmiş. Xüsusi təhsil görməmiş Aşıq Şivğa şeirlərini yazıya almamışdır, amma güclü hafizəsinin köməyi ilə onları əzbər bilirmiş. Camaat da onun şeirlərini sevir və əzbərləyirmiş.[3]

Şivğanın iki minə qədər şeiri var imiş. O, şeirlərini uşaqlıqdan gözəl bildiyi türk dilində qoşurmuş. Şivğanın əlyazmalardakı ona qədər şeiri gürcü əlifbası ilə yazıya alınmışdır.[3]

İstinadlar

  1. Gürcü Ədəbiyyatı Muzeyinin Əlyazmalar Fondu. iş №№ 22298-22301, vər. 43, 47
  2. Gürcüstan Milli Tarix Arxivi, fond 254, siyahı 2, iş № 346, vər. 234.
  3. Valeh Hacılar. "Türkdilli gürcü aşıq-şairi Şivğa" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2012. 2019-10-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18.
  4. Ş.Lomsadze. Mesxet-Cavaxet, Tiflis, 1975, s. 513.
  5. Дж.Иванишвили. Песни, возврашённые к жизни.... Газета "Заря Востока", 30 мая 1990.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.