Ağzıbir (Göyçə)
Ağzıbir — Göyçə mahalının Kəvər rayonunda kənd.
Tarixi Azərbaycan əraziləri | |
Ağzıbir | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Göyçə mahalı |
İndiki adı | Lçap |
Adının dəyişdirilmə tarixi | 7 dеkаbr 1945-ci il |
Əhalisi | 600 (1947) |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Ağzıbir İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[1].
Toponim "tək bir çıxacağı olan yer" "kiçik dağ yolu" mənasında işlənən ağzıbir sözü əsasında[2] formalaşmışdır. Kənd adını yerləşdiyi əraziyə görə almışdır.
Toponimin yaranması Göyçə gölünə yalnız quru ilə çıxışı (ağzı) olan yarımada ilə bağlıdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dеkаbr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Lçap ("Аcаp") qoyulmuşdur.
Əhalisi
Kənddə 1831-ci ildə 108 nəfər, 1873-cü ildə 380 nəfər, 1886-cı ildə 557 nəfər, 1897-ci ildə 696, 1904-cü ildə 755, 1914-cü ildə 1068, 1916-cı ildə 917 nəfər yalnız azərbaycanlı yaşamışdır[3]. 1918-ci ildə Kəndin əhalisi ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər.
Kənddə 1922-ci ildə 327 nəfər azərbaycanlı yaşamışdır[4]. 1922-26-cı illərdə kənddə ermənilər yerləşdirilmiş və azərbaycanlılar sıxışdırılmışdır. 1926-cı ildə kənddə 165 nəfər azərbaycanlı, 276 erməni, 1931-ci ildə 295 nəfər azərbaycanlı, 365 erməni[5], 1947-ci ildə 600 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə Azərbaycanın Ağdaş rayonuna köçürülmüşdür. O vaxtdan kənddə yalnız ermənilər yaşayır.
- Agzıbir – 1918-ci il. 755 nəfər yaşamışdır. Agzıbir daşnakların yeritdiyi əsil genosid siyasətinin alovlandıgı nöqtələrdən biri olmuşdur[6].
Görkəmli şəxsiyyətləri
- Süleyman Əhmədov (şəhid) - batolyon komandiri
- Həbib Rəhimoğlu (d.1922 - v.2004) - Ermənistanın əməkdar jurnalisti.
- Mehdi Həsənov (yazıçı)
İstinadlar
- Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913, стр. 5
- 359,I(1), s.67; 9, s.39
- Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s. 68-69, 144-145
- Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.145
- Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.69, 145
- Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə... s.220