Ağsu döyüşü (717)
Ağsu döyüşü — 717-ci ildə,[6][7] Əməvilər xilafəti, onların müttəfiqləri olan Türgiş xaqanlığı[4] və Tibet imperiyası ilə Tan Çini arasında baş vermiş döyüş. Türgişlərin köməyi ilə irəliləyən ərəblər həmin il Sincan regionunda yerləşən Ağsu və Üçturfan şəhərlərini mühasirəyə alır. Regiondakı protektoratlarından kömək olan tan qoşunları ərəb qüvvələrinə hücum edir və onları regiondan qovur.
Ağsu döyüşü | |||
---|---|---|---|
Ərəblərin Mavəraünnəhrə yürüşü | |||
| |||
Tarix | 717 | ||
Yeri | Ağsu və Üçturfan şəhərləri (indiki Sincan regionu, ÇXR) | ||
Nəticəsi | Tan Çininin qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Yer
Döyüş Sincan regionunda, Çin–Qırğızıstan sərhədi yaxınlıqlarında baş vermişdir.[4]
Döyüş
717-ci ildə Əməvilər xilafəti öndərliyindəki ərəblər türgiş və tibetli müttəfiqləri ilə Ağsu regionundakı Çin tərəfindən qorunan iki şəhəri mühasirəyə alır. Çinin Mərkəzi Asiyadakı qüvvələrinə öndərlik edən Tan Tszyaxuey ərəblərə qarşı iki ordu göndərir ki, onlardan birinə özü, karluk atlılarından ibarət digərlərinə isə Aşina Sin rəhbərlik edirdi.[4] Döyüşdə ərəblər ağır şəkildə məğlub edilir və regiondan çəkilməli olur. Ərəblərin çoxu əsir götürülür, lakin xilafət onların azad buraxılması üçün xərac ödəyir.
Nəticə
Döyüşün nəticəsində ərəblər Mavəraünnəhrin şimalından dəf edilir. Türgişlər Tan sülaləsindən asılı vəziyyətdə qalır və axırda, Fərqanə vadisindəki ərəblərə hücum edir.[8]
İstinadlar
- Christopher I. Beckwith. The Tibetan Empire in Central Asia: A History of the Struggle for Great Power Among Tibetans, Turks, Arabs, and Chinese During the Early Middle Ages. Princeton University Press. 28 March 1993. 88–89. ISBN 0-691-02469-3. 24 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2020.
- René Grousset. The Empire of the Steppes: A History of Central Asia. Rutgers University Press. 1970. 114–. ISBN 978-0-8135-1304-1.
aksu 717.
- Jonathan Karam Skaff. Sui-Tang China and Its Turko-Mongol Neighbors: Culture, Power, and Connections, 580-800. Oxford University Press. 6 August 2012. 311–. ISBN 978-0-19-999627-8. 15 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2020.
-
- Bai, Shouyi et al. (2003). A History of Chinese Muslim (Vol.2). Beijing: Zhonghua Book Company. ISBN 7-101-02890-X., pp. 235-236
- Section 221 (Section 27 of the Chapter Records of Tang) of Zizhi Tongjian
- Insight Guides. Insight Guides Silk Road. APA. 1 April 2017. ISBN 978-1-78671-699-6. 24 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2020.
- Marvin C. Whiting. Imperial Chinese Military History: 8000 BC-1912 AD. iUniverse. 2002. 277–. ISBN 978-0-595-22134-9. 2020-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-22.
- Zongzheng, Xue (1992), p. 596-597,669