Ağrı Dağı Milli Parkı
Ağrı Dağı Milli Parkı — Türkiyənin Ağrı və İğdır vilayətlərində yerləşən milli park. 2004-cü ildə Ağrı dağının ərazisində açılan milli parkın sahəsi 88.014 hektardır. Nuh tufanı, meteor krataeri, Türkiyənin ən yüksək dağı və buzlağı, vəhşi həyatın müxtəlifliyi ilə diqqət çəkir.
Ağrı Dağı Milli Parkı | |
---|---|
türk. Ağrı Dağı Millî Parkı | |
| |
BTMB kateqoriyası — II (Milli park) |
|
Sahəsi | 88.014 ha |
Yaradılma tarixi | 2004 |
Dağ | Ağrı dağı |
Florası | ardıc, huş, gürgən, Qafqaz üçgülü, ağüçgül, yabanı yonca, tülkü quyruğu, qoyunyumağı, yabanı arpa, buğda və çovdar |
Faunası | Ur kəkliyi, çil kəklik, qaya kəkliyi, çəngəl buynuzlu dağ keçisi, vəhşi qoyun, dovşan, dovşan, tülkü, qurd, vəhşi donuz, vaşaq, kərkəs, şahin, zınqırovlu ilan, sazan və ala balıq |
Yerləşməsi | |
38°42′08″ şm. e. 44°17′56″ ş. u. | |
Ölkə | Türkiyə |
Vilayət | Ağrı, İğdır |
bolge13.ormansu.gov.tr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
Milli park müxtəlif heyvan və bitki növlərinə, gözəl peyzaja, vulkanizm ilə bağlı maraqlı relyefə, geoloji xüsusiyyətlərə, sulaq ərazilərə, turizm imkanlarına malikdir. Milli park Türkiyə, İran, Azərbaycan, Ermənistan sərhədlərinin kəsişməsində yerləşir. Ağrının Doğubəyazid, İğdırın Aralıq və Qaraqoyunlu rayonlarında yerləşir. Ağrıdan 100 km uzaqlıqdadır. Türkiyənin ən yüksək dağı olan 5137 metrlik Ağrı dağı və 3898 metrlik Kiçik Ağrı dağı bu parkdadır.
Görməli yerlərdən birisi də Buz mağarasıdır. Mağara Kiçik Ağrı dağının ətəklərində, Doğubəyazidin Hallaç kəndindən 3 km uzaqlıqda yerləşir. Xalq arasında Buzluq kimi tanınan mağaranın tavanından damlayan su damcıları donaraq buz təbəqəsi əmələ gətirir.
Digər xüsusiyyətləri
Ağrı dağı vulkanik mənşəli dağdır. Dağın zirvələrində Türkiyənin ən böyük buzlağı yerləşir.
Milli park ərazisində qayalıq ərazilər, dağ bozqırları (200 m-4000 m), şimal tərəflərdə kolluqlar (2000 m-2500 m), qarla örtülü ərazilər (4000 m+) yerləşir. Dərələrin çoxluğu da diqqət çəkir. Malaryesin, Yaqub Peyğəmbər, Buzxana, Qaraxan və Söhlü dərəsi bunlar arasındadır. Dərə yatağının ətraflarında kəndlər vardır.
Parkın İğdır vilayətinin Qaraqoyunlu rayonunun düşən hissəsində yerləşən Korhan yaylasında meteor çuxuru yerləşir. 60 m dərinliyində, 35 m genişliyindədir.
Nuhun gəmisinin tapıldığı inanılan yer Doğubəyazid rayonundadır. Telçəkər və Üzəngili kəndləri arasında gəminin qalıqları olduğuna inanılır. Bölgə hazırda açıq hava muzeyi adı ilə qorunur.
Canlılar aləmi
Parkda Türkiyədə endemik növ sayılan Sübhan kərtənkələsi yaşayır. Ur kəkliyi ilə saqallı kərkəs milli parkda yaşayan quş növləridir. Üçü Ağrı dağına aid olmaqla 21 endemik çiçək növü yayılmışdır. Endemik növ olan Əcəm gözəl əsməri (Erebia iranica dromulus) ilə nəsli kəsilməkdə olan Apollon kəpənəyi milli parkda yaşayan kəpənək növləridir.
Park ərazinin bitki örtüsünü ardıc, huş, gürgən, Qafqaz üçgülü, ağüçgül, yabanı yonca, tülkü quyruğu, qoyunyumağı, yabanı arpa, buğda və çovdar əmələ gətirir.
Milli parkda yaşayan heyvan növləri bunlardır: Ur kəkliyi, çil kəklik, qaya kəkliyi, çəngəl buynuzlu dağ keçisi, vəhşi qoyun, dovşan, dovşan, tülkü, qurd, vəhşi donuz, vaşaq, kərkəs, şahin, zınqırovlu ilan, sazan və ala balıqdır.
Qalereya
- Ağrı dağı və Kiçik Ağrı dağı
- Meteor çuxuru
- Nuh gəmisinin qalıqları olduğu inanılan yer.