Ağrı (Ordubad)
Ağrı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1]
Ağrı | |
---|---|
38°55′ şm. e. 45°56′ ş. u. | |
Ölkə | |
Region | Ordubad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Vənənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 15 km şimal-şərqdə, Ordubad-Unus avtomobil yolunun sağ kənarında, Vənəndçayın (Arazın sol qolu) sol sahilindədir. Əhalisi 304 nəfər (2000); əsasən meyvəçilik, tərəvəzçilik, baramaçılıq və heyvandarlıqla məşğuldur. Kulubu, kitabxanası, tibb məntəqəsi var.[2]
Tarixi
Ağrı Ordubad rayonunun Vənənd inzibati ərazi vahidində kənd. Vənənd çayının sahilində, Arazboyu düzənlikdədir. Türk dillərində ağrı/ağru - "Hündürlüyüdur, yüksək" deməkdir. Adını Türkiyənin Şərqində, Van gölündən Şimalda, Ermənistan yaylasının orta hissəsində yerləşən Ağrıdağ silsiləsindən almışdır.[3].
Əhalisi
Əhalisi 313 nəfərdir.[4]
Həmçinin bax
İstinadlar
- Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
- "Ağrı". 2010-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.
- ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.