Ağqaya dağı (Babək)

AğqayaBabək rayonu ərazisində dağ (hünd. 1758,5 m). Dərələyəz silsiləsinin suayırıcısındakı Qaraquş yüksəkliyindən (2600,5 m) cənub-şərqə ayrılan Dərələyəz-Qapısı (Anabadgədik) qolunun suayrıcısında zirvə. Cəhriçayın sağ sahilində, Payız kəndindən 3 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin maili yatımlı terrigen, qismən vulkanogen-çökmə süxurlarından təşkil olunmuş hamar yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahına aid Mərəlik-Göynük sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən eyniadlı maili qırışığın nüvəsində yerləşir. Zirvə hissəsindən şimal-qərbə istiqamətlənmiş Göynük-Vayxır qırılması keçir.[1]

Ağqaya
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1758,5 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

Həmçinin bax

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.