Ağqaş qaz
Ağqaş qaz (lat. Anser erythropus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü.
Ağqaş qaz | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Pangalloanserae Dəstəüstü: Galloanserae Klad: Odontoanserae Klad: Anserimorphae Dəstə: Yarımdəstə: Anseres Fəsiləüstü: Anatoidea Fəsilə: Yarımfəsilə: Anserinae Triba: Anserini Cins: Növ: Ağqaş qaz |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Təsviri
Ağqaş qaz digər qazlardan gövdəsinin nisbətən kiçik və rənginin nisbətən tünd olması ilə fərqlənir. Üst tərəfi qonur – boz, alt tərəfi ağdır. Dimdiyinin dib tərəfində 20–30 mm enində aö zolaq vardır. Dimdiyi ət rəngində və çəhrayıdır. Ayaqları sarıdır. Gözlərinin ətrafında sarı rəngdə çılpaq halqa vardır. Boynu və dimdiyi daha qısadır.
Yayılması
Ağqaş qaz Avropa və Asiyada yayılmışdır. Azərbaycanda Xəzər dənizi sahillərində, düzənlik sututarlarda, daxili su hövzələrində (Ağgöl, Sarısu, Qızılqaz gölü və Candargöldə) qışlayır. Naxçıvan Muxtar Respublikasında 2008-ci ildə qeyd edilmişdir.
Yaşayış yeri və həyat tərzi
Ağqaş qaz Azərbaycanda qış dövründən taxıl sahələrində qidalanmağa üstünlük verir. Göllərdə, Xəzərin dəniz sahillərində kiçik adalarda dincəlir. Qışlama dövründə sürü halında yaşamağa üstünlük verir. Qidalanma vaxtında digər qazlarla birlikdə olmağa üstünlük verdiyi halda, gecələmək üçün onlardan ayrılıb adalara çəkilirlər. Payız miqrasiyası noyabrda kütləvi şəki alır, yaz miqrasiyası isə martın ortalarında başlayır. Ot bitkiləri ilə dənli bitkilərin cavan budaqları ilə qidalanırlar.
Sayı
Qızılağac Dövlət Təbiət Qoruğunda Ağqaş qazın sayı 1998-ci ildə 360, 1999-cu ildə 530, 2002-ci ildə 1430, 2004-cü ildə 2850. 2005-ci ildə 1200, 2009-cu ildə 900 fərd olmuşdur.