Ağmanqan

Ağmanqanİrəvan quberniyasının Yeni Bəyazid qəzasında (Kamo rayonunda) dağ adı.

Toponimikası

Mənbədə yaylaq adı kimi qeyd olunmuşdur. Digər adı Abdulhasardır. Yerli tələffüz forması həm də Ağmağandır (Miskin Abdalın "Aslan şah və İbrahim" dastanında: "Harda qaldı Ağmağanın elləri"). XIX əsrə aid rus dilli ədəbiyyatda Ağ Maxan forması da vardır. Dağın adı türk dillərindəki ağ və manqkan — "açıq sarımtıl", ya da mağan — "qaşqa" sözlərindəndir. Mənbələrdə İrəvan xanlığında (Oşakan kəndi yaxınlığında) ermənicə yazılışda Manqanos (yaşayış-məntəqə adlarındakı "os" sonluğu erməni dilində yunan mənşəli şəkilçidir) kəndinin adı çəkilir, lakin həmin kəndin adı XI əsrə aid elə ermənicə mənbədə Mankan-Qom kimi qeyd olunmuşdur. Mənbələrdə bu dağ həm də Mağmağan və Armağan adları ilə məlumdur. Göyçə gölü hövzəsinin cənub-qərbində yerləşən bu dağın zirvəsindəki göl Armağan adlanır.[1]

İstinadlar

  1. B. Budaqov. Ermənistanda Azərbaycan Mənşəli Toponumlərin izahlı lüğəti I cild

Xarici keçid

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.