Ağməhəmməd
Ağməhəmməd - İrəvan xanlığının Sürməli mahalında kənd adı.
kənd | |
Ağməhəmməd | |
---|---|
40°20′07″ şm. e. 44°10′06″ ş. u. | |
Ölkə | Ermənistan |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
|
Toponimikası
1918-ci ilin axırında Azərbaycan türklərindən ibarət əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Mənbədə Əxi Məhəmməd kimidir. Qurdlar camaatının bir tirəsinin adı idi. Əxi Məhəmməd həmin tirənin sahibkarının adıdır. Tədqiqat göstərir ki, toponimlərdə "ağa" formasını kəsb etmiş söz bəzi hallarda əslində əxi (ərəbcə "qardaş") sözündən ibarətdir. Orta əsrlərdə Şərqi Anadoluda, Ermənistanda və Azərbaycanda çoxlu əxi dini cəmiyyətləri və zaviyələri vardı. Əxilər şeyxlər idilər. Onların cəmiyyətləri feodal zülmünə qarşı çıxır və sənətkarların mənafelərini müdafiə edirdi. XV əsrdə Anadoluda əxi (dərviş) cəmiyyətləri geniş yayılmışdı. Şeyxlər vasitəsilə əxilər Yaxın Şərqin dərviş və sufi ordenləri ilə əlaqə saxlayırdılar. Türkiyə və Azərbaycan hökmdarları əxilərə torpaq sahələri, kiçik məntəqələr bağışlayırdılar. Faruk Sumer bu münasibətlə yazır ki, əxilər siyasi baxımdan bir zümrə idilər (34, 173). Ermənistandakı çoxlu "ağa" (əsli əxi), "dərviş" və "şeyx" sözləri ilə başlayan kənd adları da bununla bağlıdır. Lakin "əxi" sözü danışıqda təhrif olunaraq bəzi hallarda "ağa" şəklinə düşdüyünə görə, bütün hallarda onu rəng bildirən ağ və şəxs adını bildirən Ağa sözlərindən ayırmaq çətindir.[1]
Həmçinin bax
Xarici keçid
İstinadlar
- B.Budaqov, Q.Qeybullayev Ermənistanda Azərbaycan Mənşəli Toponimlərin İzahlı Lüğəti Bakı,1998