Ağkənd (Sisyan)

Ağkənd — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.[2]

kənd
Ağkənd
39°28′35″ şm. e. 45°59′52″ ş. u.
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Sisyan rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 17,16 km²
Mərkəzin hündürlüyü 1.680 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 589 nəf. (2011)[1]
Rəsmi dili
Ağkənd xəritədə
Ağkənd
Ağkənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 5–6 km cənubda, Bazarçayın sağ qolu, Sisyan çayının sol qolu olan Taxtakörpü çayının aşağı axarında yerləşir. Qafqazın 5 verstlik xəritəsində [3] qeyd edilmişdir.

Toponim «kiçik» mənasında işlənən ağ sözü ilə[4] kənd coğrafi nomeninin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 17.IV.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aşotavan qoyulmuşdur.

Əhalisi

Kənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. 1828-29- cu illərdə Türkiyənin Xoy və Salmas vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilmiş[5] və azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.5
  4. Əhmədov T.M. Azərbaycan paleotoponimiyası, Bakı, ADU, 1985. s.68
  5. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.295
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.