Ağdü

Ağdü[2][3]Ermənistan Respublikasının Sünik mərzinin Sisyan rayonunda yerləşən kənd. Tarixən Rusiya imperiyasının Yelizavetpol quberniyasının Zəngəzur qəzasına aid olmuşdur.

Ağdü
39°30′55″ şm. e. 46°04′51″ ş. u.
Ölkə
Region Sünik mərzi
Tarixi və coğrafiyası
Sahəsi
  • 19,44 km²
Mərkəzin hündürlüyü 1.650 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 436 nəf. (2011)[1]
Rəsmi dili
Ağdü xəritədə
Ağdü
Ağdü
Ağdü xəritədə
Ağdü
Ağdü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Ağdü Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda, rayon mərkəzində 5 km cənub — şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Aqudı formasında qeyd edilmişdir.[4] Toponim qədim türk dilində "hörmətli, uca, yüksək" mənasında işlənən ağ sözü ilə uti//udi türk dilli tayfanın adı əsasında formalaşmışdır.[5] Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kənddə 1831-ci ildə 60 nəfər, 1873-cü ildə 450 nəfər, 1886-cı ildə 903 nəfər, 1897-ci ildə 1162 nəfər, 1908-ci ildə 1345 nəfər, 1914-cü ildə 1070 nəfər azərbaycanlı yaşamışdır.[6] 1918-ci ildə kəndin azərbaycanlı əhalisi erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.

İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 298 nəfər, 1926-cı ildə 319 nəfər, 1931-ci ildə 496 nəfər,[7] 1959-cu ildə 828 nəfər, 1970-ci ildə 1222 nəfər[8] azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan SSR tərəfindən kəndin azərbaycanlı əhalisi deportasiya olunaraq çıxarılmışdır. Hazırda kəndin əhalisi ermənilərdən ibarətdir.

Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək "Aqitu" olmuşdur.

Toponimikası

Ağdü Ermənistan ərazisində ən qədim türk mənşəli toponimlərdəndir. İlk dəfə er.əv. VIII əsrə aid Urartu mənbələrində Kiçik Qafqazda Akutaini adı çəkilir. Bu adın "ini" hissəsi Urartu dilində məkan bildirən şəkilçidir. XIX əsrdə Qars əyalətinin Oltin dairəsindəki Aqut-Kom (kənd və yayla adı), Kutais quberniyasının Zuqdidi qəzasındakı Axuti (kənd adı), Tiflis quberniyasının Borçalı qəzasındakı Akut-qaya (dağ adı), Naxçıvan qəzasındakı Aqut-İr (kənd adı), Azərbaycanda Quba qəzasındakı Oqudi (qışlaq adı) toponimləri ilə mənşəcə eyidir. Azərbaycanda Şəki rayonundakı Öhüd (XIX əsrə aid mənbələrdə Oxut şübhəsiz ki, Okut adının fonetik forması) kəndinin adı da bu sıraya aid edilə bilər.[9]

Coğrafiyası və iqlimi

Dağlıq ərazidə yerləşən kənddir.

Əhalisi

1918-ci ildə 1330 nəfər əhalisi olmuşdur. Lakin kənd əhalisi ermənilər tərəfindən vandalizmə, habelə etnik təmizləməyə məruz qalmışdır.

Tanınmış şəxsiyyətləri

Həmçinin bax

Mənbə

  • PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Xarici keçidlər

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. Nərimanoğlu, Hacı. ZƏNGƏZUR KÖÇ, DEPORTASİYA, SOYQIRIMI, İŞĞAL TARİXİ (PDF) (az.). Bakı: “QHT nəşriyyatı”. 2018. səh. 154. 2022-07-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-01-16.
  3. "Zəngəzurun daş abidələri". xalqqazeti.com (az.). Xalq qəzeti. 2 noyabr 2021. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2022.
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданія Кавказскаго Военно–Топографическаго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.6
  5. Qeybullayev Q. Ə. Qarabağ (etnik və siyasi tarixinə dair), Bakı, "Elm", 1990. s.119
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.76–77, 146–147
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.77, 147
  8. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.200
  9. B. Budaqov, Q. Qeybullayev Ermənistanda Azərbaycan Mənşəli Toponimlərin İzahlı Lüğəti Bakı,1998
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.