Ağciyər venaları

Ağciyər venaları lat. Venae pulmonales iki cüt ağciyər venalarının dəlikləri (lat. ostia venarum pulmonalis) vasitəsilə sol qulaqcığa açılır. Kiçik qan-dövranına aid venalar olub ağciyərlərdən başlanğıcını götürərək, arteriyal qanı sol qulaqcığa daşıyır. Ağciyərlərin kütləsində olan kiçik venalar bir-birilə birləşərək ağciyərlərin qapılarında iki cüt ağciyər venalarını: sağ ağciyər qapısında — lat. vv. pulmonales superior et inferior dextra və sol ağciyər qapısında — lat. vv. pulmonales superior et inferior sinistra əmələ gətirirlər. Bunların qapaqları yoxdur.

Ağciyər venaları
Alveolun qurluş vahidi: alveola, alveol kisəciyi, bronxiola, ağciyər arteriya və venası
Latınca Venae pulmonales
Qrey subyekt 165 642
Mənbəyi Ağciyərlər
Açılır Sol qulaqcığa
Arteriya Ağciyər arteriyası
Embrional Arterial kötük - lat. Truncus arteriosus
MeSH Pulmonary+Veins

Sağ ağciyər venaları

Sağ ağciyər venaları sol tərəfdəkindən uzundurlar, ağciyər arteriyasının altı ilə və yuxarı boş venanın, sağ qulaqcığınqalxan aortanın dalı ilə sağa doğru gedərək, ürək kisəsini dəldikdən sonra sol qulaqcığa açılır.

Sol ağciyər venaları

Sol ağciyər venaları ağciyər qapısından çıxaraq enən aortanın qabağı ilə sağa doğru gedirlər və ürək kisəsini dəldikdən sonra sol qulaqcığa açılırlar. Ağciyər qapılarından çıxdıqdan sonra lat. vv. pulmonales bronx venalarının lat. vv. broncheales (vv. broncheales anteriores - BNA) bir qismini qəbul edirlər.

Tipləri

  • Sağ yuxarı — lat. superior dextra
  • Sağ aşağı — lat. inferior dextra
  • Sol yuxarı — lat. superior sinistra
  • Sol aşağı — lat. inferior sinistra

Təsvirlər

İstinadlar

    Mənbə

    Xarici keçidlər

    Həmçinin bax

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.