Ağcabədi
Ağcabədi — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati mərkəzi.
Bu məqalə Ağcabədi şəhəri haqqındadır. Ağcabədi rayonu üçün Ağcabədi rayonu səhifəsinə baxın. |
Şəhər | |
Ağcabədi | |
---|---|
40°02′56″ şm. e. 47°27′00″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1593 |
Mərkəzin hündürlüyü | 16 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 136 000[1] nəfər (2020) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Nəqliyyat kodları | 04, 99 |
Digər | |
agcabedi-ih.gov.az | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Ağcabədi yaşayış məntəqəsinin adı mənbələrdə ilk dəfə 1593-cü ildən çəkilir. Ağcabədi bir müddət mənbələrdə Ağcabədi Xəlfərəddin adı ilə qeyd olunmuşdur. Şəhərin mərkəzindəki çökəkliyin bir hissəsi keçmişdə Xəlfərəddin adlanırdı. XIX əsrin əvvəllərində ərazidəki xəlfərəddinlilər 88 ailədən ibarət bir icma olmuşdur.
Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları – Kamiltəpə, Nərgiztəpə, Qaraköbərli, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir olunması güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbirstanlıqlarda rast gəlmək olur. Ağcabədi rayonu 1930-cu ildə təşkil edilmiş, 1963-cü ildə ləğv olunub Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur.
Etimologiyası
Ağcabədi toponimi bəzi mənbələrdə ağca (burada "ağımtıl", "bozumtul", "boz") və bədi (ərəbcə, badiyə sözünün təhrif forması olub, "düzənlik", "düzən" deməkdir) sözlərindən ibarət olub, "bozumtul yer", "ağca düz" kimi açıqlanır. 1933-cü ildə Cəlilabad rayonunun ərazisində Ağcabədi adlı kənd qeydə alınmışdır. Əslində ağca (bozumtul, əkilməmiş) və bədi (türk dillərində bət/bet/bəd "dağ yamacı" mənasını ifadə edir) sözlərindən düzəlib, "əkilməmiş dağ yamacı" deməkdir. Ərazinin coğrafi mövqeyi bunu bir daha sübut edir.
Foto məlumat
Mədəniyyəti
Muğanlı kəndində eramızdan əvvələ aid tarixi abidələr aşkar edilmişdir.
Əhalisi
|
Tanınmış şəxsləri
- Üzeyir Hacıbəyov — tanınmış bəstəkar.
- Vilayət Quliyev — 1999–2004-cü illərdə Azərbaycanın Xarici İşlər Naziri.
- Tofiq Bəhramov — Azərbaycanlı futbol hakimi.
- İslam Fərzəliyev — jurnalist, Azərbaycan SSR Ali Sovetinin deputatı
- Aqil Abbas — Milli Məclisin Deputatı.
- Mansur Piriyev — Jurnalist, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdiri
İqtisadiyyatı
Ağcabədi şəhərində 3 yeni açılmış süd emalı zavodu və bir neçə bankın filialı yerləşir.
Qalereya
- Ağcabədi Asan xidmət mərkəzi
- Ağcabədi Olimpiya-İdman mərkəzi
İstinadlar
- "Ağcabədi rayon icra hakimiyyəti". 2021-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-16.
- SSRİ əhalisinin siyahıya alınması (1959).
- SSRİ əhalisinin siyahıya alınması (1970).
- SSRİ əhalisinin siyahıya alınması (1979).
- SSRİ əhalisinin siyahıya alınması (1989).
- http://agcabedi-ih.gov.az/page/12.html.