Ağbulaq (Çatkal)

Ağbulaq çayı (özb. Oqbuloq) — Özbəkistan Respublikasının Namanqan vilayəti və Daşkənd vilayətinin Bostanlıq rayonu ərazisindən axan çay. Çay Çatkal çayının sol solunu təşkil edir.

Ağbulaq çayı
özb. Oqbuloq
Ölkə  Özbəkistan
Mənbəyi  
  Yüksəkliyi 3500 m
Mənsəbi Çatkal
  Yüksəkliyi 964 m
Uzunluğu 43.3 km
Su hövzəsi 886
Hövzəsinin sahəsi 886 km²
Ağbulaq (Çatkal) (Özbəkistan)
mənbəyi
mənsəbi
Ağbulaq çayı Özbəkistanın fiziki xəritəsində:

41°18′59″ şm. e. 70°24′48″ ş. u.

41°30′54″ şm. e. 70°10′28″ ş. u.

Təsviri

Ağbulaq çayı Çatkal silsiləsinin moren göllərindən götürür. Bu gölllər çayın qidalandırıcısı rolunu oynayır. Ağbulağın dərəsi tektonik qırılma nəticəsində meydana gəlmişdir. Kumbel qırılmasının bir qolunu təşkil edir. Çay vadisi qədim şəkilə malikdir. Aşağı axarlarda çay sərt döngələrə malikdir. Çayın sağ sahili Sarqardon silsiləsi ilə əhatələnmişdir. Çay öz başlanğıcını 3500 metrdən götürür. Mənsəbi isə 964 metrdə yerləşir. Çayın uzunluğu 43.4 km, hövzəsinin sahəsi isə 886 km² təşkil edir. Mənsəbi Qırğızıstan və Özbəkistan sərhəsinə yaxın yerləşir. Çayın dağ bölgəsindən axması qidalandırıcı kimi qar sularının mühüm yer tutmasına səbəb olur.

Qolları

Yuxari axarlarda Ağbulağı vadisi elədə hündür deyildir.

Qaraarça çayı üzərində şəlalə (Ağbulağın qolu)

Orta və aşağı axarlarda ağbulaq daha çox qol qəbul edir (mənbədən mənsəbə doğru):

  • Kırşindı (sağ);
  • Turasay (sol);
  • Akşam (sol);
  • Torqasay (sağ);
  • Çalmansay (sol);
  • Almanaxsay (sağ);
  • Koşmansay (sol);
  • Abdaksay (sağ);
  • Terekli/Serkeli (sol);
  • Sarqardon (sağ);
  • Qaraarça çayı (sol).

Müvafiq olaraq ən iri sonuncu üç çaydır.

İnsan tərəfindən mənimsənilməsi

Təqribi olaraq 3 km Koşmansayın mənsəbindən yuxarıda Arpapayın mənsəbində Ağbulağın sağ sahilində tərk olunmuş Ağbulaq qışlağı yerləşir. XX əsrin 60–70-ci illərində Ağbulağın və onun qollarında geoloji axtarış işləri aparılmışdır. Bu məqsədlə 1966-cı ildə Serkeli çayın Ağbulağa töküldüyü hissəyə qədər torpaq yol çəkilmişdir. Bu yerdəcə körpü inşa edilmişdir[1]. Görülən işlər bölgənin mənimsənilməsini asanlaşdırmağa xidmət edirdi. Ağbulağın qollarından olan Koşmansayın sağ sahilindı yeni mineral olan silisid marqans Mn5Si3 aşkarlanmışdır. 2008 ildə isə bu mineral Mavlyanovit adını almışdır. Sovet dönəmində Qaraarçi çayının töküldüyü yerə yaxın dəmir kəndir çəkilmişdirki, onunla insanlar rahat hərəkət edə bilirdilər[2]. Ağbulaq kifarət qəfər hidroenerji potensialına malikdir. "Özbəkenerqo" MMC tərəfindən çay üzərində güçü 60 МVт[3] olan stansiyanın tikintisi planlaşdırılır.

Hazırda Ağbulaq çayının turistlər tərəfindən ziyarət olunması iki ölkə arasında olan sərhəd problemi ilə əlaqədardır. Hazlrda verilən məlumatlar sovet dönəminə aiddir.

İstinadlar

  1. Колбинцев, 1977, с. 38
  2. Шабанова Н.С. Салихов А.Ф., 1988, с. 13.
  3. Özbəkistan 7 yeni kiçik və orta ölçülü SES tikməyi planlaşdırır Arxivləşdirilib 2022-03-12 at the Wayback Machine — Podrobno.uz
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.