Ağbaş siyənək
Ağbaş siyənək (lat. Alosa hrashnikovi grimmi) — siyənək cinsinin nümayəndəsidir.
Ağbaş siyənək | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb.
|
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Yayılması
Astrabad körfəzindən Qaraboğazgöl körfəzinə qədər yayılmışdır. Xəzər dənizinin cənubi - şərqində yaşayır.
Morfoloji əlamətləri
Böyük ağzı, alt çənəsində qabarlı qalınlaşma vardır. Qəlsəmə dişcikləri yoğun, kobud, əyri, küt, çox vaxt ucu qalınlaşmış və ya haçalanmışdır. Alt çənəsi adətən yüngülcə irəli çıxır, üst çənə göz ortasının şaqulisinə çatır. Balığa bu adın verilməsi onun başının ağ-süd rəngində olması ilə əlaqədardır. Başqa siyənəklərdən bəzi morfoloji əlamətlərinə görə də fərqlənir. Uzunluğu 25-29 sm, kütləsi orta hesabla 300 q olur. Lakin ovda bəzən ağırlığı 700 q olan balıqlara da təsadüf olunur.
Yaşayış yeri və həyat tərzi
Ağbaş siyənəklər yırtıcı həyat tərzi keçirir. Onlar kilkə, xullar, aterina və yengədə qidalanırlar. Qida miqrasiyası edir.Ağbaş siyənək areal daxilində geniş ərazidə yerini dəyişərək Cənubi Xəzərdən kənara miqrasiya etmir, yalnız tək-tək fərdlər qidalanmaq üçün Orta Xəzərə - Qaraboğazqol ərazisinə miqrasiya edərək Manqışlaq yarımadası sahillərinədək çatırlar. Bu balıqlar əsasən Xəzərin yem və oksigenlə zəngin olan sahələrində toplanır.
Çoxalması
Cinsi yetişkənliyə erkək balıqlar 2-3, dişilər isə 3-4 yaşında çatır. Hər bir dişi balığın verdiyi kürülərin sayı 199,3 min ədədə qədər olur. Cənubi Xəzərin şərq sahillərində - Türkmən körfəzi ilə Krasnovodsk (Türkmənbaşı) körfəzləri arasındakı geniş ərazidə kürü tökürlər. Aprel ayından başlayaraq iyunun axırınadək bu ərazilərdə cinsi vəziləri yetkinlik mərhələsində olan balıqlara təsadüf olunur. Kürüləmə suyun temperaturu 15-23°, duzluluğu 12,6-13,3 % olduqda baş verir.
Təsərrüfat əhəmiyyəti
Azərbaycan sularında vətəgə əhəmiyyəti yoxdur.Selektiv ov aləti olmadığından ağbaş siyənəyin ovu məhduddur.Hazırda ağbaş siyənəyin illik ovu 0,45 min tonadək olur.Başqa siyənəklər kimi onun da ovunu artırmaq mümkündür. Lakin yuxarıda göstərilən səbəb üzündən (qurma torlara nərə balıqlarının körpələri düşdüyündən) ağbaş siyənəyin ovunu artırmaq xeyli çətinlik törədir.[1]
İstinadlar
- Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003, səh51.
Ədəbiyyat
- Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 80.
- Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.