Ağasəlim Ələsgərov

Ağasəlim Kərim oğlu Ələsgərov — Azərbaycan iqtisad elmi məktəblərinin yaradıcılarından biri, fəlsəfə və elmlər dokoru, görkəmli iqtisadçı alim.

Ağasəlim Ələsgərov
Ağasəlim Kərim oğlu Ələsgərov
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (86 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Dini İslam
İxtisası Kənd təsərrüfatının iqtisadiyyatı
Təhsili Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu
Fəaliyyəti iqtisadçı
Elmi dərəcəsi

Həyatı

Ağasəlim Ələsgərov Kərim oğlu 1928-ci il mayın 22-də Bakıda fəhlə ailəsində doğulmuşdur. O, Məşədi Adıgözəlin nəvəsi olmuşdur. A.Ələsgərovun ailəsi əslən Sabunçu rayon Balaxanı qəsəbəsindəndir.

A.Ələsgərov 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirərək, kənd təsərrüfatının iqtisadiyyatı ixtisasına yiyələnmişdir. A.Ələsgərov 1950-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirərək, kənd təsərrüfatının iqtisadiyyatı ixtisasına yiyələnmişdir. İlk əmək fəaliyyətinə Bakı Şəhər Xalq Deputatları Sovetinin plan komissiyasında iqtisadçı kimi başlamışdır. Sonralar həmin komissiyada baş iqtisadçı, mənzil – kommunal və əsaslı tikinti şöbələrinin müdiri vəzifələrində çalışmış, 1953-cü ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Moskva Dövlət Universiteti nəzdində yaradılmış siyası iqtisad, fəlsəfə, marksizm-leninizm müəllimləri hazırlayan xüsusi kursa oxumağa göndərilmişdir. Bununla da 1954-cü ildən etibarən A.Ələsgərov ali məktəblərdə siyasi iqtisad fənnindən dərs demək hüququ qazanmışdır.

O, Bakıya qayıtdıqdan sonra bir müddət Azərbaycan Sənaye İnstitutunda siyası iqtisad kafedrasında müəllimlik etmiş, sonra isə SSRİ EAİqtisadiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. 1958-ci ildə ilk dəfə SSRİ-də "Pambığın maya dəyəri və onun aşağı salınması yolları" (Azərbaycan SSR-in kolxozları timsalında) mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru, 1968-ci ildə elmlər doktoru, 1969-cu ildə isə professor elmi adma layiq görülmüşdür. Azərbaycan iqtisad elmi məktəbinin yaranmasında, yüksəkixtisaslı iqtisadçı kadrların yetişdirilməsində xüsusi xidmətləri olmuş görkəmli iqtisadçı alim,İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ağasəlim Ələsgərov 2015-ci il martın 31-də Bakı şəhərində vəfat etmişdir[1].

Fəaliyyəti

Əmək fəaliyyəti

A.Ələsgərov 1974–1978-ci illərdə D.Bünyadzadə adma Xalq Təsərrüfatı İnstitutunda elmi işlər üzrə prorektor və Siyasi iqtisad kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1981–1988-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktor müavini, 1989-cu ildən 1998-ci ilədək həmin institutun direktoru olmuşdur. 1989-cu ildə AMEA- nın müxbir üzvü seçilmişdir[1].

Elmi fəaliyyəti

A.Ələsgərov elmi fəaliyyətinin başlanğıcından SSRİ-də aqrar sahənin ən kəskin və aktual problemlərindən biri olan kolxozlarda maya dəyərinin hesablanması metodikasının ölkədə ilk dəfə işlənilməsi, istehsal edilən kənd təsərrüfatı məhsullarının xərclərinin aşağı salınması yolları, istehsal vahidlərinin daxili təsərrüfat hesabına keçirilməsinə dair nümunəvi əsasnamənin işlənməsi, maddi maraq prinsipinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi, kənd təsərrüfatı işlərinin normaları, onların qiymətləri, əsas və əlavə əmək haqlarının ödənilməsi qaydaları və başqa vacib məsələlərin tədqiqi ilə intensiv məşğul olmuşdur.

A.Ələsgərov kənd təsərrüfatı istehsalında hər bir bölgənin iqtisadi potensialını tam üzə çıxararaq, ixtisaslaşmanın təsərrüfat dövriyyəsinə təkmilləşdirmək yolu ilə cəlb edilməsinin effektivliyini sübut etmişdir. A.Ələsgərov elmi fəaliyyətində Azərbaycan Respublikasının digər ölkələrlə nəqliyyat-iqtisadi əlaqələrinin təkmilləşdirilməsi məsələlərinin tədqiqi mühüm yer tutur[1].

Naliyyətləri

A.Ələsgərovun Azərbaycan iqtisad elmi məktəbinin yaranmasında, yüksəkixtisaslı iqtisadçı kadrların yetişdirilməsində xüsusi xidmətləri olmuşdur. Azərbaycan Respublikası elmi-texniki tərəqqisinin 1986–2005-ci illər üçün kompleks proqramının mühüm hissəsi olan respublikanın xalq təsərrüfatının əsas istiqamətlərinin işlənib hazırlanmasında A.Ələsgərovun xüxusi rolu olmuşdur. O, kompleks proqramın təşkilati məsələlərinə aid və eləcə də bir sıra metodik sənədlərin hazırlanmasında fəal iştirak etmişdir. A.Ələsgərovun 295 çap vəərəqi həcmində elmi əsərləri çap olunmuşdur. O, 22 monoqrafiyanın, 82 elmi məqalənin müəllifidir. Onun 2 monoqrafiyası və 7 məqaləsi xarici ölkələrdə çap edilmişdir. "Kolxozlarda pambığın maya dəyərinin aşağı salınması yolları" (I960), "Azər¬baycan SSR kolxozlarında əsas kənd təsərrüfatı işlərinin təxmini normaları, onların qiymətləri, əsas və əlavə əmək haqqı verilməsi qaydaları" (1962) və başqa kitab-ların müəllifidir. A.Ələsgərovun əsərləri ABŞ, İngiltərə, Almaniya, Çexiya, Slovakiya, İran və başqa ölkələrdə çap olunmuşdur. A.Ələsgərovun elmi rəhbərliyi ilə 19 namizədlik və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir. O, 16 doktorluq və 41 nazmizədlik dissertasiyasının müdafiəsi ilə əlaqədar respublikada və digər MDB ölkələrində rəsmi opponent olmuşdur[1].

Mükafatları

A.Ələsgərov məhsuldar elmi fəaliyyətinə görə 1982-ci ildə "Əməkdar mədəniyyət işçisi", 1986-cı ildə "Əmək veteranı" medalı, 2014-cü ildə isə Rusiya EA-nın xüsusi medalı ilə təltif edilib[1].

İstinadlar

  1. "Oqtay Qasımovun "Bizim və sizin Balaxanı" kitabı" (az.). (#cite_web_url); (#accessdate_missing_url)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.