Ağarəhimoba
Ağarəhimoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qımılqışlaq inzibati ərazi vahidində kənd.
Ağarəhimoba | |
---|---|
41°30′ şm. e. 48°41′ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Xaçmaz rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Adının mənası
"Ağarəhimoba" sözü etnotoponimdir. Kəndin adı 1917-ci ildə "Ağarəhim" şəklində qeydə alınmışdır[1].
Tarixi
Kəndin yerləşdiyi ərazi əvvəllər Quba rayonunun Cek kəndinə aid qışlaq yeri olmuşdur. Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Həmin vaxt ceklilərin bir hissəsi bu əraziyə köçərək, burada daimi məskunlaşmışdırlar[1]. Nəticədə də qışlaq kəndə çevrilmişdir.
Coğrafiyası və iqlimi
Məzarçayın sahilindədir[1].
Əhalisi
Kəndin əhalisinin etnik tərkibini "Şahdağ xalqları"ndan biri olan ceklilər təşkil edir.
Həmçinin bax
İstinadlar
- AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Arxivləşdirilib 2016-03-11 at the Wayback Machine Bakı, "Şərq-Qərb", 2007, səh. 16
Xarici keçidlər
- azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.