Ağamirzə Əhmədov
Ağamirzə (Ağamirzəli) Mirzəli (Mirzalı) oğlu Əhmədov (1905, Əngəxaran, Şamaxı qəzası – 12 may 1964, Bakı) — Azərbaycan-sovet dövlət və partiya xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1951–1953), Azərbaycan SSR ticarət naziri (1959–1963).
Ağamirzə Əhmədov | |
---|---|
Azərbaycan SSR ticarət naziri | |
21 yanvar 1959 – 12 avqust 1963 | |
Əvvəlki | Nadir Axundov |
Sonrakı | Ağarza Qafarov |
Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri | |
1954 – yanvar 1959 | |
Əvvəlki | Əlövsət Əbdülrəhimov |
Sonrakı | Əliş Ləmbəranski |
1952 – 17 aprel 1953 | |
Sədr | Həsən Seyidov |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
26 mart 1951 – 18 aprel 1953 | |
Əvvəlki | Yusif Yusifov |
Sonrakı | Mustafa Topçubaşov |
sentyabr 1949 – 1951 | |
Azərbaycan Kommunist Partiyası Quba Rayon Komitəsinin birinci katibi | |
1944 – 1949 | |
1943 – 1944 | |
Birinci katib | Hüseyn Nəcəfov |
Sonrakı | Şirəli Məmmədov |
Azərbaycan Kommunist Partiyası Əli Bayramlı Rayon Komitəsinin birinci katibi | |
1941 – 1941 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1905 |
Doğum yeri | |
Vəfat tarixi | 12 may 1964 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Həyatı
Ağamirzə Əhmədov 1905-ci ildə Şamaxı qəzasının Əngəxaran kəndində yoxsul kəndli ailəsində anadan olmuşdur. 13 yaşında atası vəfat etdikdən sonra işləməyə başlamışdır. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman Ağamirzə Əhmədov komsomol sıralarına daxil olmuş, 1925-ci ildə isə Bakıda Sovet Partiya Məktəbində oxumağa göndərilmişdir. Burada oxuyarkən o, 1928-ci ildə ÜİK(b)P üzvlüyünə qəbul edilmişdir. 1929-cu ildə məktəbi başa vurduqdan sonra Basqal komsomol komitəsinin katibi, 1930–1931-ci illərdə Şamaxı rayon xalq maarif şöbəsinin müdiri, ardınca isə Azərbaycan K(b)P Şamaxı Rayon Komitəsinin təşkilat-təlimat şöbəsinin müdiri vəzifələrində çalışmışdır.[1]
Ağamirzə Əhmədov 1932–1934-cü illərdə Bakıda Marksizm-Leninizm İnstitutunda təhsil almış, sonra isə beş il Kürdəmir rayonundakı Mollakənd MTS-də siyasi şöbənin rəisi, Lənkəran, Zaqatala, Şamaxı rayonlarında rayon partiya komitələrinin katibi işləmişdir. 1939-cu ildə Moskvadakı ÜİK(b)P Mərkəzi Komitəsi yanında Ali Partiya Təşkilatçıları Məktəbində oxumağa göndərilmiş, qayıtdıqdan sonra Azərbaycan K(b)P Əli Bayramlı Rayon Komitəsinin birinci katibi seçilmişdir.[1]
Böyük Vətən müharibəsi illərində Ağamirzə Əhmədov Zaqafqaziya dəmir yolları siyasi şöbəsində işləməyə göndərilmiş, 1941–1943-cü illərdə burada rəis müavini olmuşdur. 1943-cü ildə Azərbaycan K(b)P Naxçıvan Vilayət Komitəsinin ikinci katibi seçilmiş, Bakı Şəhər Partiya Komitəsi nəqliyyat şöbəsinin müdiri, Azərbaycan K(b)P Quba rayon, 1949-cu ildən isə Kirovabad şəhər komitələrinin birinci katibi, Bakı Şəhər Partiya Komitəsinin katibi olmuşdur.[1][2]
1951–1953-cü illərdə Ağamirzə Əhmədov Azərbaycan SSR Ali Sovetinin sədri seçilmiş[3] və paralel olaraq 1952-ci ildə Bakı Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini təyin edilmişdir. Vilayət ləğv edildikdən sonra o, Azərbaycan SSR Nazirlər Soveti aparatında işləmişdir. 1954-cü ilin əvvəllərindən Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini, sonra isə sədri olmuşdur.[2] 1963-cü ilədək o, Azərbaycan SSR ticarət naziri, ömrünün sonlarına yaxın vaxtlarda isə Azərbaycan SSR Nazirlər Soveti aparatında işləmişdir.[4]
Ağamirzə Əhmədov 1955–1957-ci illərdə Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Partiya Komitəsinin büro üzvü, 1956–1961-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, 1961–1964-cü illərdə isə Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuşdur.[5] O, iki dəfə "Qırmızı əmək bayrağı", ikinci dərəcəli "Vətən müharibəsi", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. SSRİ Ali Sovetinin (3-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin deputatı (2–5-ci çağırış) deputatı seçilmişdir.[6]
Ağamirzə Əhmədov 1964-cü ilin may ayında Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.[6]
İstinadlar
- Ағамирзә Мирзәли оғлу Әһмәдов // Коммунист. № 43 (8255). 1 март 1950-ҹи ил. С. 3.
- Ағамирзә Мирзәли оғлу Әһмәдов // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 194.
- "Ахмедов Ага Мирза Мирза Али оглы". knowbysight.info (rus). Справочник по истории Коммунистической партии и Советского Союза 1898–1991. 29 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2021.
- А. М. Әһмәдов // Коммунист. № 111 (12582). 13 мај 1964-ҹү ил. С. 4.
- Ahkmedov, Agamirzali Mirza ogly // Who was who in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1972. səh. 7.
- Əhmədov Ağamirzə Mirzəli oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 50.
Xarici keçidlər
- "Əhmədov Ağamirzə Mirzalı oğlu". Şamaxı ensiklopediyası. 2014. 2017-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2021.
- "Aghamirza Ahmedov" (ingilis). Find a Grave. 2021-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2021.
Həmçinin bax
- Nəcməddin Əhmədov (əmisi oğlu)
- Birinci Fəxri xiyabanda dəfn olunanların siyahısı
- Azərbaycan SSR hökuməti (1959–1963)