Ağalar Atamoğlanov
Ağalar Rahim oğlu Atamoğlanov (15 aprel 1971) — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri.
Ağalar Atamoğlanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 aprel 1971 (52 yaş) |
Təhsili | |
Fəaliyyəti | səfir, siyasətçi, hüquqşünas |
|
|
Təltifləri |
Həyatı
Ağalar Atamoğlanov 15 aprel 1971-ci ildə doğulub.
Təhsili
1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1998-ci ildə Cenevrə şəhərində BMT-nin Beynəlxalq Hüquq Komissiyasında beynəlxalq hüquq üzrə, 1994-cü ildə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə müxtəlif kurslarda, o cümlədən İİR Diplomatik Akademiyasının, 1995-ci ildə isə Pakistan İslam Respublikası Ədliyyə Nazirliyinin kurslarında iştirak etmişdir.[1]
Fəaliyyəti
2018-2021-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq hüquq və müqavilələr İdarəsinin rəisi vəzifəsində işləmişdir.
16 iyul 2021-ci ildən Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışır.
Təltifləri
24 iyul 2009-cu ildə Diplomatik Xidmət Orqanlarının 90 illiyi Medalı ilə təltif edilmişdir.
9 iyul 2019-cu ildə Diplomatik Xidmət Orqanlarının 100 illiyi Medalı ilə təltif edilmiş və ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilmişdir.
İstinadlar
- "Səfirin tərcümeyi - halı". 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.