Ağakiçik
Ağakiçik, Zovasar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd.[2]
Ağakiçik | |
---|---|
40°28′28″ şm. e. 43°57′00″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.100 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0506 |
|
Toponimik izah
Ağaqçi İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. Digər adı Ağa-Kiçik. 1886-cı ilə aid məlumata görə kəndin əhalisi azərbaycanlılar və ermənilər idi. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur. 1920-ci ildə kənddə ermənilər yerləşdirilmişdir. 1967-ci ildə kənd ermənicə Tsovasar adlandırılmışdır. XIX əsrdə İrəvan quberniyasının Aleksandropol qəzasında Aqay-oğlu məzrə, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında Aqay, Şimali Qafqazda Ter əyalətinin Qızıl-Yar dairəsində Aqay-Biqan, Aqay-Buruk kənd adları, Ter əyalətinin Xasavyurt dairəsində Aqay-Qol çay adı və toponimlərlə sıra təşkil edir. Mənası məlum deyil.[3]
Tarixi
Rayon mərkəzindən 15 km şimal-şərqdə, Mastara çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində, əsasən, Ahaqçi kimi qeyd edilir[5][6].
Toponim ağa və kiçik sözlərindən əmələ gəlib, "Kiçik ağaya mənsub kənd" mənasında ifadə edir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Zovasar qoyulmuşdur.
Əhalisi
Kənddə 1873-cü ildə 160 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 301 nəfər, 1904-cü ildə 359 nəfər, 1914-cü ildə 383 nəfər, 1916-cı ildə 337 nəfər azərbaycanlı yaşamışdır[7].
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq əhalisi — azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş, 1915–1916-cı illərdə Türkiyənin Sasun və Taron vilayətlərindən köçürülən ermənilər 1918-ci ildə burada yerləşdirilmişdir[8].
İndi ermənilər yaşayır.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- B. Ə. Budaqov, Q. Qeybullayev "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti" Bakı, 1998, Nafta Press.
- Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.3
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.34
- Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.147
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. 34–35, 116–117
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. s. 111