Ağahəsən Ağahüseynov
Ağahəsən Ağahüseynov (tam adı: Ağahəsən Yarı oğlu Ağahüseynov; 19 aprel 1957, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Ağahəsən Ağahüseynov | |
---|---|
Ağahəsən Yarı oğlu Ağahüseynov | |
Doğum tarixi | 19 aprel 1957 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 1990 (32 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Əhmədli qəbiristanlığı |
Atası | Yarı |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Elektrik montyor |
Həyatı
1957-ci il aprelin 19-da Bakıda anadan olmuşdur. Xətai rayonundakı 8 nömrəli elektrik şəbəkəsində elektrik mantyoru işləmişdir.[2]
Ailəli olmuş, Bəxtiyar və Səbuhi adlı iki oğlu yadigar qalmışdır.[3]
Qanlı Yanvar faciəsi
O gün axşam Ağahəsən qardaşı Tavabillə bir yerdə Salyan qazarmasının yanında olmuşdur. Qardaşı bu hadisəni müxtəlif vaxtlarda belə xatırlamışdır:
[3] Gecə od qalayıb oturmuşduq Salyanskinin qabağında, Xutor tərəfdən. Çörək yedik, söhbət elədik. Ağahəsən də yanımızda. Bir də gördük göyə fişəng atdılar. Sonra bir tank çıxıb "KRAZ"ları itələyə-itələyə özünə yol açdı. Bizim bir maşın da xoddayıb bu tankı dal-dalı çəkdi o yana. Sonra güllələr yağmağa başladı. Ha tərəfdən atırdılar bilinmirdi. Qaçaqaç düşdü. Ağahəsənə dedim gəl qaçaq maşına. Əl-ələ tutduq ki, ayrı düşməyək. Qaranlıqda heç kim bir-birini tanımırdı. Bir də gördüm Ağahəsən yıxıldı. Elə bildim ayağının altında bir şey qalıb. Gördüm yox, qarnını tutub. Deyir "kömək elə". Qaldıranda gördüm üstü bütün qandı. Gücüm çatmadı qaldırmağa. Köməyə adam çağırdım. Gəldilər. Çəkdik ordakı həyətlərin birinə. Həyətdə maşın var idi, mindirib apardıq eksperimentalnıya. Elə stola qaldıranda işıqlar söndü. Dedilər qan lazımdır. Tez uzanıb özüm 200 qram qan verdim. Arada bir gözünü açıb eddi ki, uşaqları sənə tapşırıram. Üç dəfə ürəyi dayandı. Sonra yenə döyündü. Operasiya eləyib qurtardılar. Səhərə yaxın yarası açıldı. Qan axdı getdi. Dedilər qan lazımdır. Çıxdım küçəyə qan axtarmağa. Bir oğlanı tapıb gətirdim. Dedilər gecdir, keçinib. Səhər saat yeddi idi. |
[2] Gecənin zil qaranlığında [işıqları da keçirmişdilər] tonqalın ətrafında oturub qızınırdıq. Birdən Salyan qazarmasının qapıları açıldı, bir tank çıxdı və başladı yolda dayanan maşınları şil-küt eləməyə. Eyni zamanda həm tankdan, həm binaların üstündən, həm benzindoldurma məntəqəsi tərəfindən güllələr yağmağa başladı. Uşaqlar göz görə-görə yerə sərilirdi. Qışqıran kim, yalvaran kim... Mən qardaşımla yaralıları maşına qoymağa başladım. Birdən o yıxıldı. Elə bildim ki, ayağı büdrəyib. Kömək etmək istəyəndə gördüm al-qan içindədi. Onu əzab-əziyyətlə Topçubaşov adına Eksperimental mikrocərrahiyyə xəstəxanasına apardıq. Ona 4 güllə dəymişdi. Gövdə nahiyəsinin sağ və sol tərəfləri dağıdıcı zədələnmiş, şok vəziyyəti yaranmışdı. |
Ağahəsənə 4 güllə dəymiş, gövdə nahiyəsinin sağ və sol tərəfləri dağıdıcı zədələnmiş, şok vəziyyəti yaranmışdı. Aparılmış cərrahiyyə əməliyyatının köməyi olmamış, səhər saat 7-də aldığı xəsarətdən vəfat etmişdir.
Əhmədli qəbiristanlığında dəfn edilmişdir.
Ünvan
Yeni Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, ev 18, mənzil 104.
Həmçinin bax
İstinadlar
- ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
- "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.