Ağahüseyn Rəsulzadə

Ağahüseyn Əli oğlu Rəsulzadə (1884, Bakı1938, Bakı) — Azərbaycan şairi və publisisti, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Ağahüseyn Rəsulzadə
Ağahüseyn Əli oğlu Rəsulzadə
Doğum tarixi 1884
Doğum yeri
Vəfat tarixi 1938
Vəfat yeri
Fəaliyyəti yazıçı

Həyatı

Ağahüseyn Rəsulzadə 1884-cü ildə Azərbaycanın Bakı quberniyasının Balaxanı qəsəbəsində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almış, üç ildən sonra neft mədənlərində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1904-cü il dekabr nümayişləri ərəfəsində Balaxanı təhsil komitəsi tərkibinə seçilmişdir. İstedadlı proletar şairi və publisist kimi kəskin siyasi məqalələri və əsərləri ilə fərqlənmişdir. Onun poeziyasında vətəndaşlıq pafosu güclü idi. 1917-ci il fevral inqilabından sonra RSDFP Balaxanı rayon komitəsi tərkibinə seçilmişdir. Balaxanı Rayon Soveti İcraiyyə Komitəsinin sədrinin müavini, sonra isə sədri olmuşdur. Bakı Sovetinə üzv seçilmişdir.

Bir sıra məsul partiya və sovet vəzifələrində çalışmışdır (1928–1933). Şuşada "Azərbaycan ədəbiyyatı cəmiyyəti" şöbəsinə başçılıq etmişdir. Azərbaycan Yazıçılar İttifaqının yaradıcılarından biri olmuşdur. Həyatının son dövrlərində "Yeni yol" qəzeti redaksiyasında redaktor müavini işləmişdir. "Nöqsanlarımız" (1911), "Muzdur" kitablarının müəllifi olmuşdur. 1938-ci il cəza tədbirləri dövrünün qurbanı olmuşdur.

Kitabları

  1. Nöqsanlarımız. Bakı: Orucov qardaşlarının elektrik mətbəəsi, 1911, 15 səh.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.