Ağahüseyn Kazımov
Ağahüseyn Ələkbər oğlu Kazımov (5 mart 1882, Bakı – 1937) — həkim, Azərbaycan SSR xalq səhiyyə komissarı (1920–1921).[1]
Ağahüseyn Kazımov | |
---|---|
Azərbaycan SSR xalq səhiyyə komissarının müavini | |
18 dekabr 1921 – ? | |
Komissar | Möhsün Qədirli |
Əvvəlki | vəzifə təsis edildi |
Azərbaycan SSR xalq səhiyyə komissarı | |
21 may 1921 – 18 dekabr 1921 | |
Əvvəlki | vəzifə təsis edildi |
Sonrakı | Möhsün Qədirli |
Azərbaycan SSR xalq səhiyyə və himayədarlıq komissarı | |
5 iyun 1920 – 6 may 1921 | |
Əvvəlki | Abid Alimov |
Sonrakı | vəzifə ləğv edildi |
Azərbaycan SSR xalq səhiyyə və himayədarlıq komissarının müavini | |
28 aprel 1920 – 5 iyun 1920 | |
Komissar | Abid Alimov |
Əvvəlki | vəzifə təsis edildi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 mart 1882 |
Doğum yeri | |
Vəfat tarixi | 1937 |
Fəaliyyəti | həkim |
Həyatı
Ağahüseyn Ələkbər oğlu 1892-ci ildə Bakı şəhərində anadan olmuşdur. Gimnaziyanı bitirəndən sonra 1911-ci ildə Kiyev Universitetinə qəbul olmuşdur. 1916-cı ildə universitetin tibb fakültəsini bitirmişdir.[2]
I Dünya Müharibəsində həkim kimi iştirak etmişdir. Kommunist ideyalarına sadiq bir insan idi. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman xalq səhiyyə komissarının müavini (28 aprel — 5 iyun 1920)[3], sonra xalq səhiyyə komissarı vəzifəsində işləmişdir (5 iyun 1920 – 18 dekabr 1921)[4]. Azərbaycan KP MK Rəyasət Heyətinin üzvü olmuşdur.
Səhiyyə nazirinin müavini Ağahüseyn Kazımov 1937-ci ildə xalq düşməni kimi həbs edərək güllələnmişdir.
İstinadlar
- Tahirzadə, Ədalət. Unutdurulmuş Azman: Əliabbas Qədimov. Bakı: Apostroff. 2012.
- "Uzaq Komidə - Sovet uran yatağını kəşf etmiş alim-geoloq". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-15.
- Azərbaycan İnqilabi Komitetin 28 aprel 1920 il № 2 dekreti
- Azərbaycan İnqilabi Komitetin 10 sentyabr 1920 il № 168 dekreti