Ağadadaş Səmədov

Ağadadaş Səmədov (d. 10 mart 1924) — İkinci Dünya müharibəsinin veteranı.

Ağadadaş Səmədov
Doğum tarixi
Doğum yeri Vilvan, Lənkəran, Azərbaycan SSR, ZSFSR, SSRİ
Fəaliyyəti hərbi qulluqçu
Mükafatları 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni III Dərəcəli Şöhrət ordeniİgidliyə görəBerlinin alınmasına görə1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görəBöyük Vətən Müharibəsi qələbəsinin 30 illik yubiley medalıSSRİ Silahlı Qüvvlərənin 60 illik yubiley medalıƏmək Veteranı-1979 II Dərəcəli Şöhrət ordeni

Həyatı

1924-cü ilin mart ayının 10-da Lənkəran rayonunun Vilvan kəndində anadan olub. O, 1942-ci ildə Lənkəran Subtropik bitkiçilik texnikumunu bitirib. Elə həmin ilin oktyabırın 26-da müharibəyə yollanan Ağadadaş Səmədov 77-ci Azərbaycan diviziyasının 105-ci Taborunun tərkibində Mazdokdan Berlinə qədər döyüş yolu keçib. O, müharibədə böyük şücaət göstərib. Dəfələrlə ölümlə üz-üzə gəlib. Qəhərmanlığına görə 2 dəfə 3-cü və 2-ci dərəcəli Şöhrət ordenləri ilə təltif olunub. Lakin onun bu mükafatlandırma haqqında dəqiq məlumatı olmayıb. 1945-ci ilin dekabrında doğma kəndinə qayıdıb və 1980-cı ildə təqaüdə çıxana kimi orada aqronom işləyib. 13 övladı, 44 nəvəsi, 26 nəticəsi var.

1942-ci ildə Ukrayna ərazisində Dubno yaxınlığında rota geri çəkildikdən sonra o, əsas qüvvələr gələnə kimi müdafiəni təkbaşına saxlayıb. Buna görə də III Dərəcəli Şöhrət ordeni ilə təltif dilib. O, Vislo-Oder əməliyyatında və Berlinə hücumda iştirak edib. 6 iyun 1945-ci il əmrilə İkinci Dünya müharibəsində göstərdiyi şücaət və igidliyə görə A.Səmədov II Dərəcəli Şöhrət ordeni ilə təltif edilib.

Rusiya Prezidenti D.Medvedyev 2008-ci ilin iyulunda Azərbaycana rəsmi səfəri zamanı II və III dərəcəli "Şöhrət" ordenini A.Səmədova şəxsən təqdim edib.Bu mükafat veterana hələ müharibə vaxtı verilib. Lakin o, həlak olmuş sayıldığından ordeni ala bilməyib.

Ağadadaş Səmədov Rusiya prezidenti Dmitri Medvedyev tərəfindən 2009-cu ildə faşizm üzərində qələbənin 64-cü ildönümü münasibətilə Moskvada keçiriləcək tədbirdə iştirak etmək üçün dəvət almışdır. Rusiya prezidenti tərəfindən şəxsən dəvət edilən bəzi şəxslərdəndir və yeganə Azərbaycan vətəndaşıdır.

Rusiya prezidenti tərəfindən ona təqdim olunan "Şöhrət" ordenlərindən başqa, A.Səmədov I dərəcəli Vətən Müharibəsi ordeni, 10-dan çox medal və fəxri nişanlarla təltif edilib.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.