Ağadadaş Dadaşov

Ağadadaş Hacıbala oğlu Dadaşov (30 avqust 1935, Bakı) — bəstəkar, tarzən, Azərbaycan Respublikasının xalq artisti (2008).

Ağadadaş Dadaşov
Ağadadaş Hacıbala oğlu Dadaşov
Ümumi məlumatlar
Digər adı Dadaş Dadaşov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Musiqi aləti tar
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 2005"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı  — 2008

Həyatı

1950–1954-cü illərdə Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbində tar ifaçısı kimi püxtələşərək, tanınmış pedaqoq, bir sıra mahnı və pyeslərin müəllifi Adil Gərayın tar məktəbini keçir. Dadaş Dadaşov məktəbdə oxuduğu illərdə ən istedadlı tar ifaçıları sırasında olmuş, 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsi nəzdindəki Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərmişdir. 1958–1963-cü illərdə Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirir. Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 2008-ci ildə Respublikanın Xalq Artisti adına layiq görülmüşdür[1].

Əsərləri

Vokal əsərləri
İnstrumental əsərləri
  • Cövdət Hacıyevə ithaf olunmuş fortepiano üçün 12 prelüd (1977–1978)
  • Qanunpiano üçün poema (1996)
  • Simli trio (1986)
  • Simli kvartet üçün poema (1990)
  • Tar və piano, kamança və piano, qanun və piano üçün pyeslər (1990–2001).
Orkestr üçün

Ədəbiyyat

  1. Azəri, L. Bəstəkar ömrünün naxışları: [Xalq artistinin yubileyinə həsr olunmuş musiqi festivalı haqqında] //Mədəniyyət.- 2015.- 9 dekabr.- S.11.
  2. Azəri, L. Vətənə sevgidən yaranan musiqi əsərləri: Xalq artisti Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş musiqi festivalı //Mədəniyyət.- 2015.- 4 dekabr.- S.4.
  3. Xalq Artisti Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək //Mövqe.- 2015.- 2015.- 3 dekabr.- S.4.

İstinadlar

Video

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.