Ağacavad Mütəllimzadə
Ağacavad Ələsgər oğlu Mütəllimzadə (14 avqust 1997, Maştağa – 22 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ağacavad Mütəllimzadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 avqust 1997 |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 2020 (23 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Xidmət illəri | 2020-ci ildən |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri |
![]() ![]() ![]() ![]() |
Həyatı
Ağacavad Mütəllimzadə 1997-ci il avqustun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub.[1]
Hərbi xidməti
2020-ci ilin 14 iyul tarixində general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Ağacavad Mütəllimzadə də səfərbər olunmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Ağacavad Mütəllimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağacavad Mütəllimzadə oktyabrın 22-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağacavad Mütəllimzadə ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.[5]
Xatirəsi
2023-cü ildə Ağacavad Mütəllimzadə haqqında "Hinal qartalı" sənədli filmi çəkilmişdir.[6]
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[7]
(18.12.2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra)[8]
(25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[9]
(24.06.2021) — "Zəngilanın azad olunmasına görə" medalı (ölümündən sonra)[10]
İstinadlar
- Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az. 25.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.president.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- Real TV. ""Hinal qartalı" filminin təqdimatı keçirildi" (az.). Youtube.com. 06.11.2023. 2023-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-06.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəsur döyüşçü" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 18.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 18.12.2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.12.2020.
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.azertag.az. 24.06.2021. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.