Ağabala Məmmədov
Məmmədov Ağabala Ələsgər oğlu (d.1892, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı və özünün müraciətinə əsasən, ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Ağabala Məmmədov | |
---|---|
Ağabala Ələsgər oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Rusiya imperiyası |
Həyatı
1913-cü ildə Tiflisdə real məktəb bitirmiş, Xarkov Texnologiya İnstitutunun mexanika şöbəsində 3 il təhsil almış, lakin maddi çətinlik üzündən 1918-ci ildə geri qayıtmağa məcbur olmuşdu. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, yenidən Xarkova göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Həmçinin bax
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.