Ağabala Ağayev

Ağabala İlqar oğlu Ağayev (3 mart 1997, Çölquşçu, Dəvəçi rayonu13 oktyabr 2020, Füzuli rayonu və ya Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, müddətdən artıq xidmət edən hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi.

Ağabala Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi 3 mart 1997(1997-03-03)
Doğum yeri
Vəfat tarixi 13 oktyabr 2020(2020-10-13) (23 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbəsi Kiçik çavuş
Döyüşlər İkinci Qarabağ müharibəsi
  Füzulinin azad edilməsi
  Cəbrayılın azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı  — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı  — 2020 "Füzulinin azad olunmasına görə" medalı  — 2020 "Laçının azad olunmasına görə" medalı  — 2021

Həyatı

Ağabala Ağayev 3 mart 1997-ci il tarixində Azərbaycanın Şabran rayonunun (o vaxtlar Dəvəçi adlandırılırdı) Çölquşçu kəndində anadan olmuşdur. O, həmin kənddə orta təhsilini almışdır.

Hərbi xidməti

Ağabala Ağayev 2015-ci ildə hərbi xidmətə yollanmışdır. Kiçik çavuş olan Ağayev MAXE hərbi qulluqçusu vəzifəsində çalışmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Ağabala Ağayev FüzulininCəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 13-də, 23 yaşında Füzuli-Cəbrayıl istiqamətində həlak olmuşdur. Ağabala Ağayev oktyabrın 14-də Çölquşçu kəndində dəfn edilmişdir.

Təltiflər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.