Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... (film, 2013)
Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Elnurə Kazımova[1] tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığından bəhs edir. Filmdə Ədalət Məmmədov, Almaz Amanova, Mehman Piriyev, Lətafət Məmmədova və Dəniz Tacəddin çəkilmişlər.
Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... | |
---|---|
Ağabacı Rzayeva. Notlarda yaşanan ömür... | |
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Elnurə Kazımova |
Ssenari müəllifi | Elnurə Hüseynova |
Baş rollarda |
Ədalət Məmmədov Almaz Amanova Mehman Piriyev Lətafət Məmmədova Dəniz Tacəddin |
Operator | Adil Abbasov |
İstehsalçı | Azərbaycan televiziyası |
İlk baxış tarixi | 12 avqust 2013 |
Filmin növü | qısametrajlı sənədli-bədii televiziya filmi |
Müddət | 38 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2013 |
Rəng | rəngli |
Məzmun
Film Azərbaycanın ilk qadın bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın həyat və yaradıcılığından bəhs edir.
Ağabacı Rzayeva Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinifində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur. Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı" olmuşdur. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. İlk qadın bəstəkarımız klassik və müasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şer ustalarının yaradıcılığına müraciət etmişdir. Bəstəkarın qəhrəman neftçilərimizin əmək şücaətini tərənnüm edən "Neftçi Qurban", ata-anaların gözlərini sevincdən yaşardan "Evimizə gəlin gəlir", "Oxuma gözəl", "Çoban Qara", balaca qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan "Kukla", "Qaranquş", "Ağ göyərçinim", "Sabahın ustaları", "Balaca kapitan", "Qərənfiləm mən" və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutur. İlk dəfə Moskvada oxunan "Kukla" mahnısı ona xalqın rəğbətini qazandırmışdır.[2]
Filmin üzərində işləyənlər
Ssenarist: Elnurə Hüseynova
Rejissor: Elnurə Kazımova
Operator: Adil Abbasov
Rollarda
Ədalət Məmmədov
Almaz Amanova
Mehman Piriyev
Lətafət Məmmədova
Dəniz Tacəddin
İstinadlar
- "Televiziyanı sənədli telefilmlərsiz təsəvvür etməyən ELNURƏ KAZIMOVA". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-18.
- "Ağabacı Rzayeva". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-18.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
2013-cü ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı