Ağababa Rzayev (hüquqşünas)
Rzayev, Ağababa Qasım oğlu(12.2.1923, Bakı – 25.12.2003 Bakı) – Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru (1968), professor (1971).
Ağababa Rzayev | |
---|---|
Rzayev, Ağababa Qasım oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | (80 yaşında) |
Milliyyəti | SSRİ→ Azərbaycan azərbaycanlı |
Azərbaycan Dövlət Universitetini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1948-51 illərdə Azərbaycan komsomolu MK-nın təlimatçısı, Bakı şəhəri Voroşilov Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur.
1951-56 illərdə Azərbaycan SSR Nazirlər Sovetində müxtəlif məsul vəzifələrdə çalışmış, 1956-59 illərdə Azərbaycan SSR Ədliyyə Nazirinin müavini, 1959-65 illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sovet orqanları şöbəsinin müdiri, 1965-70 illərdə Azərbaycan SSR Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır. Daxili işlər polkovnikidir. 1959-65 illərdə dörd çağırış Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.[1]
Geniş elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. Əsas tədqiqat sahəsi Azərbaycanda siyasi-hüquqi təlimlərin tarixi olmuşdur.[2]
Əsərləri
İstinadlar
- "Arxivlənmiş surət". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-15.
- http://web2.anl.az:81/read/page.php?bibid=344435&pno=267 (#bare_url_missing_title). 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-31.