Ağabağı
Ağabağı — Azərbaycan Respublikasının Zərdab rayonunun Kəndəbil inzibati ərazi vahidində kənd.[1][2]
Ağabağı | |
---|---|
40°06′38″ şm. e. 47°48′47″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 6317 |
|
Tarixi
Kəndinin adının mənası "Ağaya məxsus bağ" deməkdir.[3] Belə ki, 1855-ci ildə Kür sahilindəki 740 desyatinlik tut bağları bölüşdürülərkən bu ərazi Ağa adında bir şəxsə verilmişdir.[3] 1853-cü ildən sonra kəndlilər Zərdabı tərk edərək Kür çayı sahilindəki bağlarda məskunlaşdılar. Bunun nəticəsində də yeni kəndlər yarandı. Ağabağı da onlardan biri idi. Ağabağı kəndində bərələr də mövcud olmuşdur.[4] Həsən bəy Zərdabi 6 iyun 1882-ci ildə Kaspi qəzetində yazdığı məqalədə kəndin su altında qaldığını qeyd etmişdir.[5]
Coğrafiyası
Kənd Zərdab şəhərindən 19 kilometr cənub-şərqdə, Kür çayının sahilində yerləşir. Kəndin yaxınlığında "Məhəddin axmazı" var.[6]
İqtisadiyyatı
İqtisadiyyatını heyvandarlıq, pambıqçılıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq, quşçuluq, bostançılıq və balıqçılıq təşkil edir. Kənd təbii qazla təmin olunmamışdır.[7]
Təhsil
2010-cu ilin may ayında güclü leysan yağışları və sel suları Ağabağı kənd ibtidai məktəbi binasında qəza vəziyyəti yaranıb.[8] Fövqəladə Hallar Nazirliyi bu səbəblə smeta dəyəri 57 min 726 manat olan 40 şagird yerlik yeni məktəb binası inşa etdirmişdir.[9][10] Kənddə həmçinin kitabxana da fəaliyyət göstərir.
Tanınmış şəxslər
- Bəhruz Məhərrəmov — Hüquqşunas və siyasətçi. Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Hüquq üzrə fəlsəfə doktoru, dosent.
- Səkinə Əliyeva — Şərəf Nişanı laureatı[11]
İstinadlar
- "Bələdiyyələr". Zərdab Rayon İcra Hakimiyyəti. 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 826-IIIQ". 29 may 2009. 14 April 2016 tarixində orijinalından (DOC) arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- Əliyeva, Rübabə (red). "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı: Şərq-Qərb nəşriyyatı. 2007. səh. səh. 14. ISBN 978-9952-34-155-3. (#accessdate_missing_url)
- "Zərdab ilk yaranışdan Qarabağa qapı rolunu oynayıb". zerdab.com. 22 dekabr 2012. 2014-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "Həsən bəy Zərdabi: "Kaspi", "Новое обозрение" və "Гафгаз" qəzetlərinə (4)". zerdab.com. 31 dekabr 2012. 2017-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "Qori seminariyasının və Odessa universitetinin ilk zərdablı məzunu Şirin Nuriyev". zerdab.com. 11 fevral 2013. 2013-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- AYDINOĞLU, Tahir; SULTANOV, Ziyəddin. "Zərdabın yay günləri". Xalq qəzeti. 19 iyun 2016. 2016-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "Ağabağı məktəbi uça bilər". Şərq qəzeti. 7 may 2010. İstifadə tarixi: 29 noyabr 2016. (#first_missing_last)
- "Ağabağı kəndində məktəb binası tikilir". AzərTAc. 1 sentyabr 2011. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "Zərdabda son 4 ildə tikilən, yenidən qurulan, təmir olunan obyektlər". zerdab.com. 5 mart 2013. 2015-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
- "BAĞBANIN ARZULARI GÜL AÇIR…". zerdab.com. 28 aprel 2014. 2017-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.