Ağabəyovlar (film, 2012-2014)

Ağabəyovlar[2] — bədii serial rejissor Vahid Mustafayev tərəfindən 2012–2014-cü illərdə ekranlaşdırılmışdır. Film Bakıfilm kinostudiyasında istehsal edilmişdir. Hadisələr Ağabəyovlar adlı varlı və kifayət qədər nüfuzu ilə tanınan bir ailənin ətrafında cərəyan edir. Filmdə əsas rolları Telman Əliyev[3], Mina Sovetski[3], Rövşən Məmmədli, Ruslan Mürsəlov, Yasəmən Malik[3], Azər Aydəmir[3], Umnisə Hacıyeva, Aydın Əliyev, Oleq Əmirbəyov və Yeganə Hüseynli ifa edirlər.

Ağabəyovlar
Janr dram
Rejissor Vahid Mustafayev
Prodüserlər Mirşahin Ağayev
Eyyub Danişvər
Ssenari müəllifləri Vahid Mustafayev
Kamran Qasımov
Baş rollarda Telman Əliyev
Mina Sovetski
Rövşən Məmmədli
Ruslan Mürsəlov
Yasəmən Malik
Azər Aydəmir
Umnisə Hacıyeva
Aydın Əliyev
Oleq Əmirbəyov
Yeganə Hüseynli
Operator Saman Əhmədi
Bəstəkar Yaşar Baxış
Rəssam Məcid Əli İslam
İstehsalçı Bakıfilm kinostudiyası (ANS televiziyası)
İlk baxış tarixi 21 sentyabr 2012[1]
Filmin növü Bədii serial
Müddət 37–44 dəqiqə (təxminən)
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2012–2014
Bölüm sayı 61
Rəng Rəngli

Məzmun

Hadisələr Ağabəyovlar adlı varlı və kifayət qədər nüfuzu ilə tanınan bir ailənin ətrafında cərəyan edir. İldırımın (Telman Əliyev) həyat yoldaşı Gövhər bir neçə ilə bundan əvvəl bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Birinci nikahından olan böyük oğlu Kamran (Azər Aydəmir) vəkildir, qızı Gülarə (Nigar Bahadırqızı) bizneslə məşğul olur, kiçik qızı Ləman (Mina Sovetski) bir vaxtlar şoubiznesdə özünü sınayıb, sonra atasının təkidi ilə müğənnilikdən uzaqlaşıb. Evin sonbeşiyi Pərviz (Oleq Əmirbəyov) isə universitetdə oxuyur.[3]

Dramın digər məşhur ailələrindən biri zadəgan əsilli Atakişiyevlərdir. Ailənin başçısı İlyas (Aydın Əliyev) İldırımın köhnə qonşusu və düşmənidir, lakin buna baxmayaraq, İlyasın övladları Samir (Eşqin Quliyev; Niyaz İlyasoğlu) və Samirə (Umnisə Hacıyeva) İldırımın uşaqlarına qarşı kin bəsləmir, əksinə Pərvizlə Samirənin arasında hələ məktəb illərindən bir sevgi dolaşmaqdadır. İlyasın həyat yoldaşı Dilbər (Yasəmən Malik), ərindən münaqişə zəminində ayrılıb, tez-tez Avropaya səyahət edir.[3]

Dramın üçüncü ailəsi Əhmədovlardır. İldırımın tikintisində fəhlə kimi çalışan, halah zəhməti ilə ailəsini dolandıran Rüstəm Əhmədovun (Məhərrəm Musayev) iki övladı var: oğlu Murad (Rövşən Məmmədli) İldırımın kiçik Ləmanla eşq macərası yaşayır, qızı Lalə (Lalə Məmmədova) isə təmkinli və yerişini bilən gözəl bir xanımdır.[3]

2007-ci ildə, yəni hadisələrin cərəyan etdiyi tarixdən beş il öncə, Ağabəyovların malikanəsindəki kabinetdə baş verən qətl hadisəsi hamını şoka salır. Ailənin başçısı İldırım Ağabəyovun oğlu Farik (Rüfət Nəzərov) naməlum şəraitdə qətlə yetirilir. Bu qətldə təqsirli bilinən, qonşuluqda yaşayan Rüstəm Əhmədovun oğlu və ən əsası İldırımın kiçik qızı Ləmanın sevgilisi Murad həbs olunur. Beş il ötür və ölkə başçısının imzaladığı əfv fərmanı ilə Murad azadlığa buraxılır, yaşadığı qəsəbəyə qayıdır. Yenicə nişanlanmış Ləmanın və ümumilikdə bütün Ağabəyovların həyatı bundan sonra dəyişir… İldırım qızının taleyinə görə istənilən addımı atmağa hazırdır, lakin onu narahat edən başqa bir səbəb də var. Ağabəyovların evində xidmətçi işləyən Nərmin qisas almağa hazırlaşır…[3]

Film haqqında

  • Serialın təqdimatında tədbirin xüsusi qonağı Amerika televiziya seriallarının ulduzu, məşhur "Santa-Barbara" serialından tanıdığımız Meyson rolunun ifaçısı aktyor Leyn Hant Deyvis də iştirak etmişdir. Azərbaycanda serialın təqdimatı bir ilk olduğu kimi, dünya səviyyəli aktyorun dəvət olunması da ilk idi.
  • "Ağabəyovlar" serialı 100 seriya nəzərdə tutulmuşdu. Serialın 57 bölümünün ssenarisi artıq yazılmışdı. Çəkilişlər "Bakı Film" kinostudiyasının pavilyonunda aparılırdı[4], lakin serialın 61 seryası yayımlandı və yarımçıq qaldı.
  • Serialda işlədilən nalayiq ifadələrə görə ANS telekanalına Milli Televiziya və Radio Şurası tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdir.[5]

Filmin üzərində işləyənlər

Ssenarist: Vahid Mustafayev, Kamran Qasımov
Rejissor: Vahid Mustafayev
Operator: Saman Əhmədi
Prodüser: Mirşahin Ağayev[6], Eyyub Danişvər
Rəssam: Məcid Əli İslam
Bəstəkar: Yaşar Baxış

Rollarda

Telman Əliyev — İldırım Ağabəyov
Mina Sovetski — Ləman Ağabəyova
Rövşən Məmmədli — Murad Əhmədov
Ruslan Mürsəlov — Natiq
Yasəmən Malik — Dilbər Atakişiyeva
Azər Aydəmir — Kamran Ağabəyov
Umnisə Hacıyeva — Samirə Atakişiyeva
Aydın Əliyev — İlyas Atakişiyev
Oleq Əmirbəyov — Pərviz Ağabəyov
Yeganə Hüseynli — Nərmin
İlqar Musayev — Hikmət Həşimov[3]
Zülfiyyə Əlihüseynova — Nərmin
Elmira Şabanova — Mina Soltan xanım
Eşqin Quliyev — Samir Atakişiyev
Niyaz İlyasoğlu — Samir Atakişiyev
Məsumə Babayeva — Zöhrə
Lamiyə Novruzova — Məryəm Əliyeva
Xuraman Əliyeva — Məryəm Əliyeva
Nigar Bahadırqızı — Gülarə Ağabəyova
Məhərrəm Musayev — Rüstəm Əhmədov
Nəcibə Hüseynova — Səriyyə Əhmədova
Lalə Məmmədova — Lalə Əhmədova
Təhminə Məmmədova — Cəmilə
Camal Ələsgərov — Nihat
Rüfət Nəzərov — Farik Ağabəyov
Zemfira Əbdülsəmədova — naməlum qadın
Oqtay Quliyev — balıqçı
Mahir Mirişov — Kərim Babazadə

İstinadlar

  1. "«Ağabəyovlar» bədii serialı media işçilərinə təqdim olundu — TƏQDİMAT". 2019-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-18.
  2. Zeynalov, S. "Ağabəyovlar" bədii serialının təqdimatı keçirilib: ["Nizami" Kino Mərkəzində rejissor Vahid Mustafayevin eyniadlı filminin təqdimatının keçirilməsi haqqında] //Respublika.- 2012.- 20 sentyabr.- S.8.
  3. "Ağabəyovlar". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-18.
  4. Bu gündən "Ağabəyovlar" serialının nümayişi başlayır.
  5. "ANS-MTRŞ qovğasının sirri açılır". 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-18.
  6. "Vahid Mustafayev: "Azərbaycan tamaşaçısı gözəl seriallar gözləyir"". 2012-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-23.

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı
2012-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.