Ağabəyli (Ağcabədi)

AğabəyliAzərbaycan Respublikasının Ağcabədi rayonunun Ağabəyli kənd inzibati-ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Ağabəyli kəndi Hacıbədəlli kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağabəyli kənd inzibati-ərazi vahidi yaradılmışdır.[3]

Ağabəyli
40°03′47″ şm. e. 47°22′04″ ş. u.
Ölkə
Region Ağcabədi rayonu
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 36 m[2]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 563 nəf. (2015)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0434
Ağabəyli xəritədə
Ağabəyli
Ağabəyli
Ağabəyli xəritədə
Ağabəyli
Ağabəyli

Toponimikası

Kəndin adı Azərbaycanın qədim kəbirli tayfasına məxsus eyniadlı nəslin adı ilə əlaqədardır.[4] Bu kəndin adı oykonim şəxs adı ilə bağlı olub, Ağabəyli nəslinin adını əks etdirir. Tarixi həqiqətə görə XIX əsrdə kənddə Ağabəy adlı bir bəy yaşamış və kəndə ağalıq etmişdir. Ağabəyli kəbirli tayfasının bir qoludur.

Coğrafiyası və iqlimi

Kənd Qarqarçayın sahilində yerləşir. Ağabəyli kəndinin ərazisi 5.3 km²-dir.

Əhalisi

Əhalisi 626 nəfərdir.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Kənddə "Atropatena" şirkəti tərəfindən inşa olunan "Atena" süd məhsulları kombinatı fəaliyyət göstərir. Kombinatın açılışı 6 may 2011-ci ildə olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.[5] Əhali əsasən əkinçilik və heyvandarlıq ilə məşğul olur.

Təhsil

2 oktyabr 2012-ci ildə Ağabəyli 80 yerlik kənd ümumi orta məktəbinin yeni binasının açılışı olmuşdur.[6][7][8]

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.