Ağabəy Əsgərov

Ağabəy Əsgərov (11 yanvar 1956, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, "Azərbaycan" nəşriyyatının baş direktoru (2005–2021), Yeni Azərbaycan Partiyasının qurucu heyəti olan "91-lər"dən biri.

Ağabəy Əsgərov
Ağabəy Məmməd oğlu Əsgərov
Azərbaycan Respublikası I və II çağırış Milli Məclisinin deputatı
1995 2005
bayraq
“Azərbaycan” nəşriyyatının baş direktoru
bayraq2
2005 2021
Şəxsi məlumatlar
Doğum tarixi 11 yanvar 1956(1956-01-11) (68 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Məmməd Əsgərov

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı  — 2005
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2011 "Şöhrət" ordeni  — 2012"Puşkin" medalı

Həyatı

Ağabəy Məmməd oğlu Əsgərov 1956-cı il yanvarın 18-də Bakı şəhərində anadan olub.Bakı şəhəri 6 nömrəli məktəbdə təhsil alıb. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Filologiya elmləri namizədidir.

Siyasi-ictimai fəaliyyəti

Ağabəy Əsgərov "Səs" qəzetinin ilk baş redaktoru olub. O, həmin vəzifədə 1991-ci il yanvarın 11-dən 2005-ci ilin aprelinə kimi çalışıb.

1992-ci il iyul-noyabr ayları arasında Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərmiş, "91-lər" hərəkatının fəal iştirakçısı olmuşdur. Partiyanın 5 mart 2021-ci il tarixli VII qurultayınadək Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Birinci çağırış Milli Məclisə deputat seçilib. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə İkinci çağırış Milli Məclisə deputat seçilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2005-ci il tarixli sərəncamı ilə "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsinə təyin edilib. Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncamla Ağabəy Əsgərov "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib.[1]

Mükafatları

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.