Ağa Bəşirzadə

Ağa Bəşir oğlu Bəşirzadə (1914noyabr 1986) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1968–1974).

Ağa Bəşirzadə
bayraq
Azərbaycan SSR ticarət naziri
bayraq2
29 fevral 1968 9 iyul 1974
ƏvvəlkiAğarza Qafarov
SonrakıHüseyn Zeynalov
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Partiya

Həyatı

Ağa Bəşirzadə 1914-cü ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu və Sov. İKP MK yanında Ali Partiya Məktəbini bitirmişdir.[1]

1933–1941-ci illərdə boru-prokat zavodunda elektrik texniki, mühəndis işləyən Ağa Bəşirzadə 1941–1943-cü illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. 1943-cü ildən Türkmənistan SSR və Azərbaycan SSR daxili işlər nazirliklərində işləmiş, 1949-cu ildən Bakı Şəhər Komsomol Komitəsinin katibi, 1951-ci ildən isə Bakı metro tikintisində ÜİK(b)P MK-nın partiya təşkilatçısı olmuşdur. 1951–1965-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Kəşfiyyatı İnstitutu direktorunun müavini, SSRİ Tikinti Bankı respublika kontoru müdirinin müavini Bakı Maliyyə Şöbəsinin müdiri vəzifələrində işləmişdir.[1]

Ağa Bəşirzadə 1965-ci ildən Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin rəisi vəzifəsində çalışmış, 1968-ci ildən 1974-cü ilə qədər Azərbaycan SSR ticarət naziri, 1974-cü ildən 1986-cı ilə qədər isə Azərbaycan SSR Nazirlər Soveti yanında SSRİ Xarici Ticarət Nazirliyinin müvəkkil idarəsinin sədri olmuşdur. O, 1940-cı ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinə (8-ci çağırış) deputat seçilmişdir.[1]

Ağa Bəşirzadə 1986-cı ilin noyabr ayında vəfat etmişdir.

İstinadlar

  1. Бәширзадә Аға Бәширович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 69.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.