Ağ xaç kilsəsi
Ağ xaç kilsəsi[1] — Xocavənd rayonunun Çinarlı kəndində yerləşən tarix-memarlıq abidəsi. Vaxtilə ərazidə olmuş monastrın başkilsəsi olmuş Ağ xaç kilsəsinin inşa tarixi dəqiq bilinməsə də, bir çox memarlıq detallarına əsasəm ən geci XIV əsrdə onun artıq fəaliyyət göstərdiyi hesab olunur.
Ağ xaç kilsəsi | |
---|---|
39°30′48″ şm. e. 47°01′21″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd |
Yerləşir | Çinarlı kəndi |
İstinad nöm. | 229 |
Kateqoriya | Kilsə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Birnefli bazilika formasında olan kilsə, müxtəlif tipli onulmamış yerli daşlardan əhəng məhlulu ilə inşa edilmişdir. Zəng qülləsi ibadət zalının mərkəz hissəsi üzərində inşa edilmişdir.
Bəzi Azərbaycandilli ilkin mənbələrdə adı Ağ kilsə kimi qeyd edilib.[2]
Tarixi
Vaxtilə ərazidə olmuş monastrın başkilsəsi olmuş Ağ xaç kilsəsinin inşa tarixi dəqiq bilinməsə də, bir çox memarlıq detallarına əsasəm ən geci XIV əsrdə onun artıq fəaliyyət göstərdiyi hesab olunur.[3] Kilsə interyerində, şimal tağının altında yerləşdirilmiş xaçdaş üzərindəki kitabədə qeyd edilir: “Mən, Sirak, bu xaçı atam Xutlapın xatirəsinə ucaltdım. 1333-cü ilin yayı.”[4]
Narteksin portal timpanındakı kitabədə isə kilsə və ya yalnız narteksin 1735-ci ildə “Surapın oğlu Hovannesin əli ilə” bərpa edildiyi qeyd edilir.[5]
Memarlıq xüsusiyyətləri
Birnefli bazilika formasında olan kilsə, müxtəlif tipli onulmamış yerli daşlardan əhəng məhlulu ilə inşa edilmişdir. Narteks ilə birlikdə kilsənin uzunluğu 15,75 m, eni isə 7,1 metrə bərabərdir.[6]
Memarlıq baxımından maraqlı formaya malik olan zəng qülləsində yazılmışdır: “Bu zəng qülləsi Surapın oğlu yepiskop Hovannesin xatirəsinə inşa edilmişdir. 1674- cü ilin yayı.”[5] Qüllə rotondavari tikili olmaqla, altı sütun və sütunlar üzərində ucalan piramidavari dama malikdir. Qüllə ibadət zalının mərkəz hissəsi üzərində inşa edilmişdir.
Zəng qülləsindən qərb tərəfdə, niş içərisində yerləşdirilmiş gözəl xaçdaşı üzərindəki kitabədə yazılıb: “Mən, İşxan oğlu Əcəmi, bu xaçı oğlum Asuparın ruhunun xilas edilməsi üçün ucaltdım. Bu yazını oxuyanlar qoy onun xatirəsini yad etsinlər. 1348-ci ilin yayı.”[5] 2,5 metr hündürlüyə malik olan xaçdaşın səthi tamamilə qabarıq və oyma naxışlarla örtülmüşdür.
Kilsə ətrafındakı böyük orta əsrlər qəbirsanlığında da məzar daşlarının hamısı naxışlar və məişət səhnələri ilə bəzədilmişdir. Təsvirli məzar daşlarında ovçuluq, əkinçilik, döyüş səhnələrini görmək mümkündür. Kilsədən şimalda, qəbirsanlıq ərazisində 1735-ci ildə inşa edilmiş və ziyarətçilərin dincəlməsi üçün istifadə edilən tikilinin xarabalıqları vardır.[6]
İstinadlar
- Türkoğlu, Rəşad. "Ermənilərin özününküləşdirmək istədiyi Ağ xaç kilsəsi FOTO". Azərtac. 2023-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
- "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında". e-qanun.az (az.). 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
- Mkrtçyan, 1989. səh. 112
- Bərxudaryan, 1895. səh. 66
- Арарат. Вагаршапат: 47. 1896. (#accessdate_missing_url)
- Mkrtçyan, 1989. səh. 113
Ədəbiyyat
- Mkrtçyan, Ş. M., Историко-Архитектурные Памятники Нагорного Карабаха, İrəvan, 1989
- Bərxudaryan, Makar, Арцах, Bakı, 1895