Ağ rəngin simfoniyası
Ağ rəngin simfoniyası qısametrajlı sənədli televiziya filmi rejissor İqbal Məmmədəliyev tərəfindən 2003-cü ildə çəkilmişdir. Film Lider Televiziyasında istehsal edilmişdir. Bütün çirkabları üzə çıxaracaq qədər təmiz, saf bir rəng olan ağ rəng yaradılışla bağlıdır. Ağ rəng təmizlik, səmimiyyət, bakirəlik və azadlıq rəmzidir. Elmi-kütləvi filmdə bu rəngin anlamları açıqlanır.
Ağ rəngin simfoniyası | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | İqbal Məmmədəliyev |
Prodüser | Elman Dadaşoğlu |
Ssenari müəllifi | Günel Mehri |
Operatorlar |
Rəşad Nuriyev Rüfət Məmmədoğlu |
İstehsalçı | Lider Televiziyası ("Azərbaycan" redaksiyası) |
İlk baxış tarixi | 29 iyun 2003, Lider Televiziyası |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 23 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2003 |
Rəng | rəngli |
Məzmun
Bütün çirkabları üzə çıxaracaq qədər təmiz, saf bir rəng olan ağ rəng yaradılışla bağlıdır. Ağ rəng təmizlik, səmimiyyət, bakirəlik və azadlıq rəmzidir. Elmi-kütləvi filmdə bu rəngin anlamları açıqlanır.
Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir.[1] İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir.[2]
İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir. Hətta bütün rənglərin ağ rəngdən törəməsi fikri də var və bu səbəbdən o, "ana rəng" adlanır. Bu doğrudan da belədir. Qırmızı, qara, sarı, yaşıl, mavi rənglərdə olan parça, ip və s. nəsnələri ağ rəngli etmək mümkün olmadığı halda, ağ rəngli nə varsa boyalar vasitəsi ilə digər rəngli etməyin heç bir çətinliyi yoxdur.[3]
Filmin üzərində işləyənlər
Ssenari müəllifi: Günel Mehri
Rejissor: İqbal Məmmədəliyev
Operator: Rəşad Nuriyev, Rüfət Məmmədoğlu
Prodüser: Elman Dadaşoğlu
İstinadlar
- "Hər bürcün özünəməxsus rəngi var". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.
- "Tənbəllik yaradan rənglər". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.
- "Ağ". 2022-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
2003-cü ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı